Braziliya yığmasının futbolçusu Neymar “Gillette”in reklamına çəkilib. O, reklam çarxında niyə tez-tez döşəməyə yıxılmasının səbəblərindən danışıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, reklam çarxı “Gillette”in rəsmi “YouTube” səhifəsi üzərindən paylaşılıb. Fransanın PSG klubunun forvardı olan futbolçu video çarxda qeyd edir ki, özünü hər kəsi qıcıqlandıran, eyni zamanda heyrətləndirən balaca uşaq kimi hiss edir. “Siz düşünürsünüz ki, mən tez-tez yıxılıram, ancaq bu belədir ki, mən hissələrə bölünürəm. Mənə güzgüyə baxıb yeni biri olduğumu qəbul etmək üçün vaxt lazım idi”, Neymar deyir.


Futbolçu iddia edir ki, o düşdüyü kimi qalxa da bilər. “Ətrafdakı insanlar ya mənə daş atacaqlar, ya da yenidən qalxmaq üçün kömək olacaqlar. Mən ayağa qalxanda isə, sanki bütün ölkə mənimlə bir yüksəlir”.


Futbolçu yaxın aylarda Rusiyada keçirilmiş futbol üzrə Dünya Çempionatında məşhurluğuna məşhurluq qatmışdı. Belə ki, Braziliya yığmasını təmsil edən futbolçu oyun zamanı zədələr aldığını iddia edirdi. Amma görünən o idi ki, zədələr onun iddia etdikləri ilə üst-üstə düşmürdü. Bu isə bir çox markaların Neymarla zarafat etməsinə səbəb olmuşdu. Məsələn, Portuqaliyanın təcili yardım mərkəzi Neymarın adından öz antireklamında istifadə etmişdi. Mərkəz reklam çarxı ilə yanlış çağırışlara fokuslanmaq istəmişdi. Bundan başqa, fast-food restoranları şəbəkəsi olan KFC də futbolçunu lağa qoyan reklam çarx çəkmişdi.