Mad Max Marsilyaya ilham oldu
Fransa Liqi I komandası Marsilya yeni mövsümdə geyinəcəyi formaları qeyri-adi reklam kampaniyası ilə təqdim edib. “Çölə çıx və atəşi yandır” devizi ilə yayımlanan reklam filmində Marsilyalı futbolçulardan başqa, dünya futbolunun əfsanə adı Dieqo Armando Maradona da yer alıb. Klubun forma sponsor olan “Puma” ilə əməkdaşlığı nəticəsində hazırlanan reklam filmində, Marsilyalı futbolçular “Mad Max” filmində yer alan xarakterlərə bənzədilib. Reklam filmində Fransanın liman kəndi olan Marsilyanın çox mədəniyyətliliyi vurğulanır.
Neymarın yıxılmamaları KFC-nin işinə yaradı
Markalar Futbol üzrə Dünya Çempionatında (DÇ-2018) yaddaqalan hadisələri öz reklam kampaniyalarında istifadə ediblər. “KFC South Africa”nın yeni reklam filmi DÇ-2018 dövründə tez-tez yerə yıxılaraq zədələndiyini deyən Braziliyalı futbolçu Neymara fokuslanıb. “Make a meal of it” adlı reklam filmi “Ogilvy Cape Town” agenliyinin imzasınındır.
4 İyul menyusunda müxtəliflik ön planda olub
4 İyul ABŞ-ın Müstəqilik Günü hər zaman olduğu kimi yenə böyük büdcəli reklam kampaniyalarına ilham olub. Markaların, həm müstəqilliyi, həm də Amerikanın mədəniyyətini ön plana çıxaran işlər arasında sözsüz ki, ən diqqət çəkəni “Coca-Cola”ya aiddir. “Wieden+Kennedy” ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn “It’s Beautiful” adlı reklam filmi Amerika mədəniyyətinin həmrəyliyini göstərir. Reklam filmində qədim yerli xalqların dilləri də daxil olmaqla, ona yaxın dildən istifadə olunub. “Coca-Cola”nın “open happiness” kampaniyasının bir hissəsi olan reklam filminin rejissoru isə Joe Staplesdir.
IKEA kataloqu müştəriləri yatırır!
“Memac Ogilvy & Mather” son zamanların ən maraqlı reklam konseptlərindən birinə imza atıb. IKEA üçün hazırlanan #IKEASÖMNIG (Yuxu sevən IKEA) adlı kommunikasiya kampaniyası çərçivəsində IKEA kataloqlarının arxasına xüsusi kartonlar yerləşdirilib.
Müştəriləri bu kartonları qatladıqda isə balina və ya yağış səsləri ilə qarışıq siqnallar gəlir. Bu isə insana yuxu verir. Həmçinin yuxu ərəfəsində aktiv olaraq xoş ətir yayan özəl kartonlar müştərilərə gecə boyunca fasiləsiz yuxu “sözü verir”.
Okeana atılan plastik şüşələr ayaqqabı oldu
Hər il okeana təxminən 8 milyon ton plastik atılır. “Adidas” yeni reklam kampaniyasında bunun qarşısını almağa çalışır. İdman mallarının ən böyük tədarükçülərindən biri olan şirkəin “TBWA\NEBOKO” əməkdaşlığı ilə hazırlanan reklam kampaniyasında okeandan toplanan 11 plastik şüşə ilə istehsal edilən yeni “UltraBOOST” qaçış ayaqqabılarını bazara təqdim edib.
“UltraBOOST Parley”ın tanıtımı məqsədilə “TBWA\NEBOKO” animasiya hazırlayıb. Videoda ayaqqabıların yaranma hekayəsindən bəhs edilir. “Okeanlar üçün qaç” sloqanı ilə hazırlanan reklam filminin rejissoru isə Marco Spierdir.
“Mercedes”i dayandırmaq mümkün deyil
Alman avtomobil markası “Mercedes-Benz”in yeni C seriyası üçün hazırlanan kampaniya “əsla inkişaf etməkdən imtina etmə” sloqanı ilə yayımlanıb. Reklam filmində tennis əfsanəsi Roger Federer və Cənubi Afrikalı sprinter Akani Simbine kimi məşhur adlar marka səfirləri olaraq yer alırlar. Reklam filminin musiqiləri isə Qanalı hip-hop sənətçisi Serious Kleina əmanət edilib.
Təhlükəsizliyin üçün uzaq durun
Kanadanın “The Hive” reklam agentliyi “Ontario Power Generation” üçün nağıl kimi animasiya filmi hazırlayıb. “Ontario Power Generation”ın reklam filmini ərsəyə gətirməsində məqsəd qayıqlar vasitəslə balıqçılıq və üzmə hərəkələrinin təhlükələri ilə bağlı insanları xəbərdarlıq etməkdir.
Yeni Zelandiyalılar bütün mədəniyyətləri qonaq etməyə hazırdırlar
Yeni Zelandiyanın turizm agentliyi “100% Saf Yeni Zelandiya” adlı kommunikasiya kampaniyasını yeni bir reklam filmi ilə işıqlandırıb. Reklam filmində göstərilir ki, Yeni Zelandiya dünyanın müxtəlif ölkələrindən olan turistləri qonaq etməyə hazırdır.
“Skittles” “LGBT Şərəf Həftə”si üçün rənglərindən imtina etdi
Rəngli konfetlər markası olan “Skitles” “LGBT Şərəf Həftə”si üçün yeni kommunikasiya kampaniyasına start verib. Öən il ilk dəfə həyata keçirilən Göyqurşağı üçün rəngsiz “Skittles” kampaniyasına davam edən marka, bir ay boyunca bütün konfetlərini rəngsiz satmağa qərar verib. “adam&eveDDB” reklam agentliyi tərəfindən həyata keçirilən reklam filminin rejissoru isə Kris Bristoudur.
Mənbə: Marketinq Türkiye