“Apple” mağazaları ilə ilk gündən bəri fərqli təcrübə təklif etməyə çalışır. “Apple”a görə, mağaza sadəcə müştərilərin məhsul ala biləcəyi pərakəndə nöqtəsi deyil. İnsanlar mağazada, həm də vaxt keçirməlidirlər.
Facemark.az xəbər verir ki, “Apple”ın pərakəndə məhsullar üzrə vitse-prezidenti Angela Ahrendts “Cannes Lions 2018”də mağaza konseptini necə sıfırdan qurduqları ilə bağlı danışmışdı.
Kompaniya mağaza konseptində strateji dəyişikliyi ilə bağlı hələ 2017-ci ilin sentyabrından xəbər vermişdi. İtaliyanın Milan şəhərində olacaq mağazanın konsepti insanlar tərəfindən bəyənilmişdi. “Apple”ın memarlıq şirkəti “Foster + Partners” ilə əməkdaşlığı nəticəsində başa vurulan “Apple Piazza Liberty” iyulun 26-da açılıdı.
Milan şəhərində açılan mağaza şirkətin yeni konseptinin ilki idi. “Apple Piazza Liberty”, həm xalq üçün açıq böyük bir meydan, həm də yer altına doğru uzanan mağaza ilə böyük ərazini əhatə edir. Mağaza nəqliyyata bağlı, şəhərin önəmli mərkəzlərindən biri olan Corso Vittorio Emanuelenin sonunda yerləşir. Böyük bir amfiteatr və şüşə fəvvarə ilə gözəl bir sahə təklif edir.
“Apple Piazza Liberty” 24 saat xidmət göstərəcək. İl ərzində isə “Today at Apple” kimi saysız-hesabsız konfranslara ev sahibliyi edəcək. Foto, film, musiqi istehsalı, dizayn, kodlaşdırma kimi yaradıcı sahələrdə təşkil edilən “Today at Apple” vizyonunun da uğurlu tətbiq sahəsi olacaq. “Apple”ın pərakəndə məhsullar üzrə vitse-prezidenti Angela Ahrendts isə Milanda açılan yeni mağaza haqqında “Heç bir şey, “Apple Store”ların modern zamanların görüş sahəsi vəzifəsini yerinə yetirməsi ilə bağlı vizyonumuzu “Apple Piazza Liberty”dən ən yaxşı heç bir şey ifadə edə bilməzdi”,- deyərək bu mağazanın əhəmiyyətini vurğulayır.




