“Coca-Cola” şirkəti “BodyArmor” kompaniyasından kiçik pay əldə edib. Marka idmançılar üçün eyniadlı içkilər istehsal edir.


Facemark.az xəbər verir ki, belə ki, bundan sonra istehsalçı şirkət “Coca-Cola” olacaq. Bu barədə “The Wall Street Journal” qazsız içkilərin istehsalçısı olan şirkətin top-menecerinə istinadən yazır.



“Coca-Cola”nın da istehsal etdiyi idman içkisi mövcuddur. O “Powerade” adlanır. Amma qeyd olunur ki, “BodyArmor” premium seqment üçün hazırlanmış məhsul olacaq. O sağlamlıq üçün daha faydalıdır. Xüsusi halda onun istehsalı prosesində dadlandırıcı maddələr və süni boyalardan istifadə olunmur. Yeni içkinin köməyi ilə korporasiya bazarın 75%-ni əlində saxlayan “Pepsi” və onun markası olan “Gatorade” ilə rəqabət aparmağı planlaşdırır. Powerade bazarın cəmi 6%-ni əlində saxlamaqla ikinci yerdə qərarlaşıb, amma “BodyArmor” isə bazardakı payına görə üçüncüdür. “Coca-Cola”nın proqnozlarına görə, ilin sonunda yeni məhsulun satışından gələn gəlirlər təxminən 400 milyon dollar olacaq.