“Turkish Airlines” aviakompaniyası uçuş vaxtı təhlükəsizlik qaydalarını sərnişinlərə izah etmək üçün yeni reklam çarxı çəkib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, videoçarx “YouTube”a avqustun 1-də yüklənib. Amma reklam filminə baxış sayı cəmi 2 həftədən sonra 18 milyon olub və çarx 47 000 layk yığıb. Ötən həftə qeyd olunan reklam filminə baxanların sayı 10 milyon nəfər olmuşdu.
Reklam filminin videosüjeti ərzində LEGO Movie personajları təyyarənin daxili hüdudlarında təhlükəsizlik qaydaları haqqında məlumat verirlər.
Belə ki, leqo-Betmen xarakteri bütün sərnişinlərə xəbərdarlıq edir ki, təyyarənin daxili hüdudlarında tütün məmulatları və elektron siqaretin çəkilməsi qadağandır. Leqo-Robin qeyd edir ki, uçuş zamanı bütün sərnişinlər öz qadjetlərini aviarejimə keçirtməli və əl baqajında olan noutbukları çıxartmalıdır. Supermen, həmçinin X-ray şüalarının köməyi ilə təcili qəza çıxışlarının yerləşdiyi nöqtələri sərnişinlərə izah edir.