Türkiyədə sentyabrın 7-dən 9-dək “İstanbul Comics & Art Festival” - (İCAF) açıq hava festivalı baş tutacaq.


Facemark.az xəbər verir ki, bu il artıq 3-cü dəfədir ki, təşkil ediləcək festival Modadakı “Club Quartier”də həyata keçiriləcək.


Bu il cizgi roman dükanları, nəşriyyat evləri, mizah jurnalları, “sahaflar”, “manga və fanzinlər” festivalın media dəstəkçiləri olacaq. Festivala gələn ziyarətçilər film, animasiya, “fresko art”, illüstrasiya, hətta “Urban Hacking”, konsertlərin də şahidi olacaqlar. Hazırda festival haqqında bəzi detallar məlumdur. Məsələn, “Palmiyeler”, “Ağaçkakan” İCAF səhnəsində performans göstərəcəklər.


Sonra festival bu il “Urban Hacking” layihəsi ilə Kadıköydə yayılacaq və 10 nəfər sənətçi və dizaynerlə küçələri sözün əsl mənasında həckləyəcəklər. “İstanbul Comics & Art Festival” proqramı çərçivəsində Ethem Onur Bilgiç, Burak Şentürk kimi karikatura ustaları ilə video seriyasına başlanacaq.


“Notan Comics”dən Tolga Hırşova və Erinç Karğanla cizgi roman seminar, “In Hoodies”lə albom üzü və konsert afişa seminarları kimi bir çox əyləncəli seminarlar da əlavə ediləcək.


Festival içərisindəki qraffiti sahəsi isə bu il qadınlara əmanətdir. Festivalla bağlı lazım olan detalları internet saytından, “Instagram”, “Facebook” ve “Twitter” hesablarından əldə etmək olar. Festivala biletləri isə buradan əldə edə bilərsiniz. Qiymətlər 15, 20, 40 TL ( təxminən 4, 6, 12 manat) arasında dəyişir.