Bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan 76 yaşındakı Amerikanın Soul musiqi əfsanəsi Aretha Franklin 2018-ci ilin avqustun 16-da vəfat edib.
Facemark.az xəbər verir ki, o ötən il musiqi karyerasına son qoyduğunu açıqlamışdı. O, karyerası ərzində 20 “Grammy” mükafatı ilə yanaşı, “Rock and Roll Hall of Fame”ə seçilən ilk qadın olmağı da bacarıb.
Müğənni karyerası müddətində “Respect”, “I Never Loved a Man”, “I Say a Little Prayer” və “Think” kimi ona böyük uğur gətirən mahnılara imza atıb. Franklin bir çox markanın reklam üzü olaraq da ekranlarda yer alıb. Gəlin, əfsanəvi müğənnini, Soul musiqisinin unudulmaz adını çəkildiyi reklam filmlərində bir daha xatırlayaq.
Prodigy Internet
American Express
Snickers
Pepsi
Coca-Cola
Pizza Hut
McDonald’s
Mənbə: MediaCat