Çinin avtokonserni olan GAC Rusiya bazarına özünün “Trumpchi” avtomobili ilə də daxil olacaq. Markanın flaqmanı avqustun sonunda Moskva Beynəlxalq Avtomobil Sərgisində (MMAS-2018) keçiriləcək.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, GAC Rusiya bazarında yalnız özünün ticari yüngül yük maşını olan “Gonow” ilə tanınır.


Amma brendin avtomobillərinin siyahısına, həm orta büdcəli avtomobillər, həm də premium seqmenti üçün nəzərdə tutulmuş avtomobillər daxildir.


“Bəli, biz avtosalonda öz avtomobilimiz olan “Trumpchi”ni təqdim edəcəyik. Tərəflər arasında danışıqlar yalnız minik avtomobillərinin nümayişindən və satışından gedir. Rusiya bazarında artıq markanın yük maşınları satılır, ona görə də onların nümayişi sərgidə baş tutmayacaq.


Avtosalonda biz mətbuat konfransı təşkil edəcəyik, mətbuata şirkətimizin adıçəkilən bazardakı gələcək fəaliyyətləri barəsində danışacağıq”, - deyə GAC-ın Rusiyada əsas distribyutoru olan “Asiya İdxal” şirkətindən bildiriblər.


Çinin GAC konserni Rusiyanın bəzi dilerləri ilə ilkin danışıqlara başlayıb. Əməkdaşlıq olunacaq konkret dilerlərinin siyahısı haqqında isə hələki dəqiq informasiya yoxdur. Ekspertlərin qiymətləndirmələrinə görə, “Trumpchi”nin Rusiyada dilerlər şəbəkəsinin yaradılmasına 50-60 milyon dollar investisiya etməsi gərəklidir.


Analtiklər deyir ki, Rusiyada Çin avtomobillərinə tələbat münasib qiymət olduğu təqdirdə çox olacaq: “Rusiya alıcılarına çoxdan Avropa, Koreya, Yaponiya avtomobilləri tanışdır. Belə bir rəqabət şəraitində Çin şirkəti maksimum seçimə münasib qiymət təklif etməlidir”.


Çin hökumətinə aid olan GAC konserni – avtomobil sənayesinin liderlərindən biri hesab olunur. Kompaniya minik, yük avtomobilləri ilə yanaşı, avtobuslar da istehsal edir.