KFC özünün yeni sendviçi üçün promokampaniyaya start verib.
Facemark.az xəbər verir ki, çarxın çəkilişləri üçün brend “Taxt Oyunları” serialında Qriqor Kliqan (Dağ ləqəbli) obrazını canlandıran aktyor Xaftor Bernssonanı dəvət edib.
O, filmdə roluna qədər İslandiyada yarışların çoxqatlı mükafatçısı olan idmançı və “Planetin ən Güclü İnsanı” adı ilə tanınıb.
Onun həyatındakı bu nüanslar brendin promokampaniyasında da öz əksini tapıb. Kampaniya çərçivəsində Xaftor məşhur Polkovnik Sanders obrazını canlandırıb. Məlum olub ki, əslində Sanders güclü biri imiş.
Süjetə görə, o yüzlərlə kiloqram ağırlığında olan sendviçləri 50 metryə qədər çəkərək dünya rekordunu qırır.