Amerikalılar öz prezidentləri olan Donald Trump haqqında düşünür ki, o üzən zaman öz müqavimətini güclə saxlayır. Həftəlik “Time” jurnalı isə öz yeni nömrəsini elan edib. Elə buna görə də, “Time” jurnalı prezidenti Ağ Evdəki şəxsi kabinetində üzən formada təsvir edib.


Göstərilir ki, Donald Trump ağzına qədər su ilə doldurulmuş oval şəkilində olan kabinetdə güclə ayaqda qalmağa çalışır. Onun yalnız başı isə suyun üzərindədir.


Jurnalın rəhbərliyinin fikrincə, belə bir ironiyanın edilməsinə səbəb ABŞ prezidenti ətrafında yaranan problemlər və Trumpun keçmiş şəxsi vəkili olan Michael Cohenin ətrafında yaranan qalmaqala (Güman edilirdi ki, Donald Trumpun pezident seçilməsi Michael Cohenin Rusiyaya vədləri fonunda baş tutub) fokuslanmaq olub. Jurnal rəhbərliyinin fikrincə, belə bir addım prezidenti əhatə edən problemləri qabardacaq.


“Time” jurnalının üz qabığını görmək üçün jurnalın rəsmi “Instagram” səhifəsinə baş çəkə bilərsiniz.


https://www.instagram.com/p/Bm0iq3Zh5_E/?taken-by=time