Futbol üzrə Azərbaycan yığmasının 2018-2019-cu il mövsümü üçün oyun formaları təqdim olunub.
Facemark.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi “Facebook” səhifəsində yer alan məlumata görə, Azərbaycan yığması ev oyunlarına idman mallarının pərakəndə istehsalçısı olan “Nike” şirkətinin istehsalı olan göy rəngli forma ilə çıxacaq.
AFFA-dan bildirilib ki, milli komandamız Avro 2020 turnirinə vəsiqə qazanacağı tədqirdə, komandamız bu formada deyil, daha yeni formada çıxış edəcək: “Yeni forma üzərində yeni şrift olacaq”, - deyə qeyd olunub.
