Son günlərdə “Onlar hər yerdə var”, “Hər yerdə səni izləyirlər”, “Qurtuluş mümkündür” şüarları altında lentə alınan reklam çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub. Adı hələlik açıqlanmayan video çarxı yerli şirkətlərdən birinə aiddir.
Reklam çarxında halisunasiyalar keçirən gəncin hara, kimdən və ya nədən qaçdığı, kimdən qurtulmağa çalışdığı qeyri-müəyyəndir. Yaxın günlərdə videonun ikinci hissəsinin yayımlanacağı və sual doğuran məqamlara aydınlıq gətiriləcəyi bildirilir.