Qida, məsələn, “Orea”, “Milka” məhsullarının istehsalçısı olan “Mondelez International” şirkəti 2018-ci ilin yazından başlayaraq bütün dünya üzrə reklam agentlikləri ilə olan əməkdaşlığına yenidən baxır. Bu prosesin üçüncü rübün sonuna qədər tamamlanması gözlənilirdi. Rusiya bazarında isə şirkət 2019-cu il üçün artıq yeni partnyorunu müəyyən edib.
Facemark.az xəbər verir ki, “Mondelez” şirkətinin Rusiya üzrə nümayəndəsi deyib ki, onlar adıçəkilən bazarda “Dentsu Aegis Network” reklamlar qrupuna daxil olan “Carat” agentliyi ilə yeni ildə artıq əməkdaşlığa başlayacaqlar. Reklam bazarındakı mənbələr isə deyir ki, reklam agentliklərini dəyişdirmək qərarı şirkətin bütün Şərqi Avropa regionu üzrə qəbul edilib. Ancaq “Mondelez” şirkətindən isə bildirirlər ki, bir sıra ölkələrin Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Belarus, Moldovanın reklam agentlikləri arasında yerli tender təşkil edilib.
Hazırda Rusiyada “Mondelez” ilə əməkdaşlığı davam edən Spark Foundry (Publicis Groupe) agentliyi şirkət üçün mediada reklamın alınması ilə məşğul olur. 2019-cu ilin yanvarın 1-dən isə şirkət yuxarıda da qeyd etdiyimiz kimi Carat (Dentsu Aegis Network) reklam agentliyi ilə əməkdaşlığa başlayacaq. Agentlik ilə şirkət arasındakı əməkdaşlığın müddəti haqqında isə dəqiq informasiya yoxdur. Rusiya mətbuatı yazır ki, şirkətin hələ əvvəldən media struktrunda mürəkkəblik olub. Kompaniyanın partnyor olduğu şirkətlər arasında GroupM (WPP), Carat (Dentsu Aegis Network), Spark Foundry (Publicis Groupe) və VaynerMedia və s. olub. Dentsu Aegis Network agentliyi Portuqaliya, Yunanıstan və İtaliya daxil olmaqla, Böyük Britaniyada, İspaniyada və Cənubi Avropanın çox hissəsində “Mondelez”lə əməkdaşlıq edir.
“Mindshare” (GroupM) şirkəti Polşa, Yaponiya, Avstraliya üzrə, “Wavemaker” (GroupM) Hind bazarı, eləcə Avropa bazarı- Fransa, Skandinaviya ölkələri, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Çexiya, Macarıstan, Litva, Slovakiya bazarı üzrə cavabdehlik daşıyır. Spark Foundry (Publicis Groupe) Yaxın Şərq, Afrika, Cənub-Şərqi Asiya və Çində “Mondelez”in reklam məsələlərini idarə edir. FMCG nəhəngi doğrudan da rəqəmsal çevriliş mərhələsini keçir. Şirkətin ən tez böyüyən və bütün dünyada satışların artımına kömək olan əsas kanallarından birincisi, əlbəttə ki, onlayn ticarətdir. Belə ki, 2018-ci ilin ikinci rübünün nəticələrinə görə, şirkətin e-kommersiya üzrə gəlirləri 45% artıb. Kompaniyanın proqnozlarına görə, onlar 2020-ci ildə onlayn satışlardan 1 milyard dollar gəlir əldə edəcəklər. Bunun üçün şirkət “Amazon”da offlayn mağazasını açıb və “Walmart” və “Alibaba” kimi onlayn riteylerlər ilə əməkdaşlığa başlayıb.
R3 konsaltinq şirkətinin dəyərləndirməsinə görə, “Mondelez”in reklama olan qlobal xərcləri ildə 1,-1,5 milyard dollar təşkil edir. Rusiya mətbuatı qeyd edir ki, “Mondelez” şirkəti Rusiya bazarında telereklam və videoreklama aktiv olaraq sərmayə qoyur. “Havas Media”nın (Rusiya) Sostav üçün hazırladığı hesabatda qeyd olunurdu ki, şirkətin 2017-ci ildə TV-də reklam xərcləri 1,6 milyard rubl, onlayn-video üzrə isə 196 milyon rubl təşkil edib.