Fransanın avtomobil istehsalçısı “Renault” şirkəti Rusiyada “Logan” və “Sandero” avtomobil brendlərinin öz markası adı alından satışından imtina edə bilər.
Facemark.az-ın məlumatına görə, bu haqda “Automotive News” kompaniyanın art direktoru olan Lorensa van den Akerə istinadən yazıb.
Amma adıçəkilən avtomobil brendlərinin konkret hansı vaxtda bazardan çıxarılması haqqında isə dəqiq informasiya yoxdur. Rusiyada “Renault”un iki avtomobil brendinin “AvtoVaz” avtomobilləri ilə rəqabət və markanın artan təzyiqindən dolayı geri çəkiləcəyi güman edilir. Məsələn, adıçəkilən ölkənin bazarında “Renault”un büdcə markaları ilə bir kateqoriyada olan “Lada” avtomobillərinin keyfiyyəti dayanmadan artmaqdadır.
Aşağı büdcəli markalar seqmentində brendlər arasındakı rəqabət isə yüksəlir. Van den Aker qəbul edib ki, “AvtoVaz”ın əsas dizayneri olan Stiv Mattin onun gününü sözün əsl mənasında qara edib. Yazıda qeyd olunur ki, “Renault”un “Logan” və “Sandero” modelləri Avropa xaricindəki bazarlarda “Dacia” (Renaultun rumin nümayəndəliyi) adı altında satılacaq. “Avtostat”ın məlumatına görə, 2018-ci ilin yedi ayı ərzində “Renault”un “Sandero” markasının Rusiyada satışları 16% artaraq 18,6 min avtomobil, “Renault Logan”ın isə 16% artaraq 18,5 min avtomobilə çatıb.