Onlayn marketinq portalı Facemark.az Türkiyədə altıncı dəfədir ki, təşkil edilən “Brand Week Istanbul” konfransının Azərbaycan üzrə rəsmi təmsilçisidir. Bizimlə birlikdə bu il keçirilən foruma tam giriş haqqında 25% ENDİRİM əldə edə bilərsiniz. Necə sualına cavab verənlər üçün aşağıda qeydiyyat linki əlavə edirik.


https://www.brandweekistanbul.com/online-kayit/?KUPON=FACEMARK


Konfrans haqqında danışmağa gəldikdə isə, “Brand Week Istanbul”marketinq, kommunikasiya, yaradıcı liderlərin görüş yeridir. “Brand Week Istanbul” builki mövzusu isə “Ideas Without Borders” (Sərhədsiz fikirlər-red.) dir. Avropa, Yaxın Şərq, Afrikadan olan ən böyük markalara rəhbərlik edən biznesmenləri bir araya gətirəcək konfransın spikerlərinin adları da açıqlanıb.



Psixoloq, Sosial Nəzəriyyə və Davranış Elmləri professoru, “The Paradox of Choice” kitabının yazarı Barry Schwartz, “Anomaly” Agentliyinin Şəriki və Qlobal Əməliyyatlardan Məsul prezidenti Karina Wilsher, “Kellogg School of Management”in İdarəetmə professoru və Neyro Elm üzrə mütəxəssis Moran Cerf, J. Walter Thompson Asiya-Sakit okean bölgəsi CEO-su və Prophet Mədəniyyət direktoru Tom Doctoroff bu ilin spikerləri arasında yer alır.


“Öykü Dialogue International” bu dəfə altıncı dəfədir ki, təşkil ediləcək “Brand Week Istanbul” yaradıcı konfransı üçün reklam filmi də çəkib. Reklam filminə baxdıqda sizdə belə bir sual yarana bilər. Lord Kelvin, Horace Rackham, Dick Rowe ve Thomas J. Watsonu birləşdirən ortaq məxrəc nə ola bilər? Doğru cavab isə budur ki, adıçəkilən şəxslər bəşəriyyətin sərhədləri aşmağı məsələsində son dərəcə bədbin proqnozlar veriblər. Belə ki, həmin şəxslər bu gün təyyarə, avtomobil, dünyanı yerindən oynadan musiqi qruplarını, yaşadığımız dövrün adını belə qoyan kompüterlərin gələcək inkişafını görə bilməyiblər. Yuxarıda adları çəkdiyimiz şəxslərin adı da həmin reklam filmində hallanır.



Konfrans bu il 7-8-9 noyabr “Zorlu Performans Sanatları Mərkəz”də baş tutacaq.


“Brand Week Istanbul 2018”in bütün spikerləri və konfrans haqqında detallar üçün Brandweekistanbul.com saytına ziyarət edə bilərsiniz.