Türk Hava Yolları-nın (THY) kabina komandasının uniformaları hər zaman müzakirə mövzusu olub. Bundan bir neçə il öncə, mətbuata sızan yeni uniformaların dizaynı, böyük tənqidlərə məruz qalmış və nəticədə səssiz-sədasız bir şəkildə rəfə qaldırılmışdı. Bu, hadisədən təxminən 4 il sonra isə THY, kabina komandası üçün hazırlatdığı yeni dizaynı ictimaiyyətə rəsmi qaydada tanıdıb.
İtaliyan modaçı Ettore Bilottaya aid olan yeni dizayn hər zamankı və gözlənildiyi kimi, müsbət-mənfi, bir çox şərhləri də özü ilə bərabərində gətirib. Adıçəkilən modaçı daha öncə Etihad Airways və Alitalia-nın kabina komandasının uniformalarını dizayn edib. Bəlkə də məhz bu yeni uniformalarda ən çox gözə çarpan nüans olub. Yeni uniformaların dizaynında türk mədəniyyətinin bir çox detalından istifadə olunub.
Yeni uniformalar ilə bağlı şirkətin açıqlaması isə aşağıdakı kimidir: “Bu yaxınlarda uğurla keçən 85 ilini qeyd edən, dünyanın ən çox ölkəsinə uçan Türk Hava Yolları yeni uniforma dizaynı ilə elegantlıq və funksionallığı bir araya gətirir”.
“Türk Hava Yolları”ı üçün dizayn edilən kolleksiyadakı uniformaların parçası və aksessuarların detalında yer alan “FLOW/AKIŞ” modeli, yerli sənətkarların əlindən çıxan şüşə əşyalarda, keramika və xəttatlıqda çox istifadə edilən klassik naxışların modern tərz ilə birləşməsinin nəticəsində meydana gəlib. İstanbul Boğazındakı axın və hərəkətlərdən də təsirlənən “FLOW/ AKIŞ” modeli, eyni zamanda Şərq ilə Qərbin kəsişmə nöqtəsi olan İstanbulun sahib olduğu dinamik enerjini də simvolizə edir. Papaq, əlçək, əlbisə, çanta, çeşidli aksessuarlardan ibarət olan yeni uniformalara al qırmızı və antrasit boz rənglər hakimdir. Bu, layihəyə aid olan ən önəmli detal isə bütöv bir marka olduqlarını nümayiş etirmək üçün kabina, kokpit, yer xidmətləri personalı, uçan şef uniformalarının bir dizayn altında birləşməsi olub.
Türk Hava Yolları İdarə Heyəti və İcra Komitəsinin Rəhbəri M.İlker Aycı yeni uniformalar ilə bağlı etdiyi açıqlamada deyib ki, “Türk Hava Yolları olaraq, zərif dizayn ilə istifadə olan praktiki detalları ustalıqla birləşdirən vacib və uğurlu adlar ilə əməkdaşlıq etmək bizə böyük həyəcan verir. Türk dizayn və mədəniyyətinin ənənəvi elementlərini mühafizə edən yeni uniformalarımız markamız kimi qüsursuz və professional pozisiyaya sahibdir. Həmişə vəd etdiyimiz kimi yeni evimiz İstanbul Yeni Havalimanının açılışı ilə birlikdə bizimlə səyahət etmək istəyən bütün qonaqlarımıza ənənəvi elementləri ən modern halı ilə təqdim edəcəyik”.
Markanın yeni uniformalarını dizayn edən Ettore Bilotta isə deyib ki, “Türk Hava Yolları üçün dizayn etməyə başlayanda ilk ağlıma gələn və mənə ilham verən şey İstanbul idi. Bu, şəhər yüz illər ərzində sənət və mədəniyyətə ev sahibliyi edib, bir çox mədəniyyətin ortaq mirası deyə biləcəyimiz, çox nadir rast gəlinən zəngliyə sahibdir. Türk Çini qablar və xəttatlıq sənətinə xüsusi olaraq marağım var, elə buna görə də bu marağımı qalstuk və şarflarda hiss etdirmək istədim”.
Fərqli iqlimlərdə reallaşdırılan, uzun məsafəli uçuşlarda tez-tez test edilən kolleksiyanın foto çəkilişlərini isə dünyaca məşhur İngilis fotoqraf sənətçisi Miles Aldridge tərəfindən yaxın zamanda isə İstanbulun önəmli məkanlarında reallaşdırılıb. Kolleksiyanın çəkilişlərində, dəqiq bir yaxınlaşma ilə duyğular və hekayələri birləşdirmə sahəsindəki bacarığından istifadə edən Miles Aldridge uniformaların parlaq və fərqli kadrlardan ibarət olan estetik bir mənzərə yaratmaq üçün İstanbulun fərqli məkanlarından faydalanıb. Tarixi və mədəniyyət zənginlikləri ilə iki qitəyə yayılan şəhər, uniformalar üçün möhtəşəm arxa plan təqdim edib.
Peşəkar fotoqraf Aldridge: “Uniformaları görən zaman çox həyəcanlandım. Özəl dizaynın qızıl dövrünün yaşadığı 1950-ci illəri mənə xatırlatdı. Fəqət, çox çağdaş toxunuşla... Hər zaman keçimişə istinadən edən, amma daima bu gündən izlər daşıyan işlərimlə çox bənzətdiyim bu kolleksiyanı olduqca təsirli hesab etdim”, - deyə dizaynla bağlı düşüncələrini paylaşıb.





