“Michael Kors Holdings” 2,12 milyard dollara “Versace”nin alınması ilə bağlı xəbəri təsdiq edib. İtaliyan moda evinin alınmasından sonra, kompaniyanın adı “Capri Holdings Limited”ə dəyişdiriləcək.


Facemark.az xəbər verir ki, yeni ad İtaliyanın Kapri adasının şərəfinə qoyulacaq.



“Michael Kors Holdings Limited - lüks markaları birləşdirən qlobal bir markadır. Marka İtalyan moda evi- Gianni Versace SpA-nın xüsusi səhmlərinin alınması üzrə yekun müqavilənin imzalanmasını elan edir. Bu, ümumi 1,83 milyard avro və ya 2,12 milyard dollardır”, - deyə şirkətin açıqlamasında deyilib.


“Versace” ailəsinin üzvləri moda evində öz postlarını saxlayacaqlar. Həmçinin birləşdirilmiş yeni şirkətdən də səhmlər alacaqlar. Amerikan şirkəti əmindir ki, italyan moda evinin alınması, onun biznesinin coğrafiyasının genişlənməsinə kömək olacaq. Yeni alış markanın Avropa və Asiya bazarlarındakı mövcudluğunu artıracaq.


“Michael Kors” bütün dünyada pərakəndə mağazalarının sayını və gəlirlərini artırmağı hədəfləyib.