Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin hər il oktyabrın 18-də ölkəmizdə qeyd olunan Dövlət Müstəqillik Günü ilə bağlı olaraq “Azərbaycanımızı qarış-qarış” adlı aksiyaya start verib.


Facemark.az-a bu haqda məlumat verən “ABAD”ın ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Qəmər Bağırova deyib ki, qurum adıçəkilən aksiyaya oktyabrın 15-dən start verib.


Aksiya çərçivəsində istifadəçilərdən tələb olunan isə Azərbaycana aid olan milli atribut, region, milli mətbəx və s, ümumiyyətlə, ölkəmizin insanları ilə bağlı olan hər-hansı bir fotonu #18octoberAzerbaijan həştəqi ilə paylaşmaq olub. Baş mütəxəssis deyib ki, aksiya bununla bitmir: “Həştəq ilə paylaşılan foto ilə bərabər siz aksiyaya öz dostlarınızı da dəvət etməli, adlarını “Facebook” sosial şəbəkəsində paylaşılan postda işarələməlisiniz”.


Qurumun rəsmisi bildirib ki, ABAD komandası, əlbəttə ki, “Azərbaycanımızı qarış-qarış” adlı fleşmoba ilk qoşulan qurum oldu və bununla digər özəl və iri dövlət qurumlarını aksiyaya qoşulmağa dəvət etdi.


Onun sözlərinə görə, aksiyada son üç gün ərzində 20 dövlət qurumu iştirak edib və bayram günü isə bu say daha da artacağı gözlənilir: “Məsələn, onlar arasında “ASAN Radio”, “AFFA”, “Neftçi” futbol klubu, “Hyundai Azerbaijan”, “Şəbəkə”, OBA marketləri şəbəkəsi, Qida Təhlükəsizliyi Agentliyi, “ASAN könüllüləri Təşkilatı”, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Hava Yolları (AZAL), SPAR Azərbaycan, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “ASAN Visa”, “Azərbaycan Professional Futbol Liqası”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ARAZ Supermarketləri şəbəkəsi, Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı, Sağlam Ailə Tibb Mərkəzi və s. var”.


“Bir sıra tanınmış, yüksək vəzifəli şəxslər də öz fotolarını #18octoberAzerbaijan həştəqi ilə “Facebook” platformasında paylaşıb. Baş mütəxəssis bildirib ki, ABAD aksiyanın qalibini qurumlar arasından deyil, fleşmoba qoşulan istifadəçilərdən seçəcək: “Qalibə ABAD-çıların istehsal etdiyi qida məhsulları və əl işi suvenirləri hədiyyə ediləcək”.


O, bildirib ki, ABAD-ın belə bir aksiya başlamasının səbəbi 18 oktyabr Dövlət Müstəqilliyi Günü sosial aləmdə insanların həmrəyliyini bir daha nümayiş etdirmək olub.


Facemark.az #18octoberAzerbaijan həştəqi ilə paylaşılan ən maraqlı postları Sizə təqdim edir.


1. Azərbaycan Professional Futbol Liqası



2. ASAN Visa


https://www.facebook.com/eVisaAzerbaijanAsan/photos/a.1870748186534537/2223441367931882/?type=3&theater



3. Hyundai Azerbaijan


https://www.facebook.com/HyundaiAzerbaijan/photos/pcb.10151032499729981/10151032497754981/?type=3&theater





4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


https://www.facebook.com/mlspp.gov.az/photos/a.155595424499501/1968533099872382/?type=3&theater



5. Günel Bəhramqızı


https://www.facebook.com/photo.php?fbid=693814740994677&set=a.355870554789099&type=3&theater



6. Bakı Nəqliyyat Agentliyi


https://www.facebook.com/Bakutransport/photos/a.1544203279215340/1918383181797346/?type=3&theater



7. Neftçi Futbol Klubu