Rusiyanın “Moskovskiy Brodvey” və “Fensi Şou” teatr şirkətləri dünyada ilk dəfə olaraq artırılmış reallıq (AR) texnologiyasından teatr tamaşasının çöl reklamında istifadə edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər bir iPhone və iPad istifadəçisi brodvey tamaşasının afişasını “canlandıra” biləcək.


Bildirək ki, afişanın üzərində “Şounun istənilən kimi baş tutmaması haqqında çox gülməli komediya” yazılıb.


Canlandırlmış afişanı görmək üçün küçə elanında olan QR-kodu mobil qurğunun kamerasına yönəltmək və tətbiqin yüklənməsinə razılıq vermək lazımdır. İstifadəçilərə iPhone və ya iPad-ın kamerasını təlimatı izləyərək bilborda yaxınlaşdırmaq lazım olacaq. Əlbəttə, qeyd olunan bu prosesdən öncə siz təlimatı alacaqsınız. AR texnologiyasının sayəsində, küçənin ortasında teatr səhnəsi və komediyanın əsas qəhrəmanını görünəcək. “Şou istənilən kimi baş tutmadı” tətbiqi ARKitin köməyi ilə hazırlanıb. ARKit artırılmış reallıqda ən qabaqcıl proqramları yaratmaq üçün güclü bir vasitədir. Platformanın texnologiyası obyektləri tanımağa kömək olur.