Yüzlərlər sahibkar, iş adamları, insan resurları mütəxəsislərini bir araya gətirən Milli İnsan Resursları Forumunun (MİRF2018) həyəcanı davam edir.
Facemark.az xəbər verir ki, İdarəetmə panelinin açılışını “Gilan Holding” İnsan Resursları Funksiyasının Rəhbəri, moderator Allahverdi Bağırov edib.
Mütəxəssis yaxın gələcəkdə dünyada ləğv olunacaq peşələr arasında insan resurslarının olması haqqında düşüncələr haqqında deyib ki, statistika onu göstərir ki, avtomatlaşdırmanın daha çox olduğu ölkələrdə işsizlik səviyyəsi qalxmaq əvəzinə düşür. Yeni texnologiya, yeni iş yerlərinin yaranmasına səbəb olur: “Sözsüz ki, Azərbaycanda da yeni texnologiyalar tətbiq olunur. Bizdən tələb olunan isə yeni texnologiyalara adaptasiya olmaqdır”.
Panelə Azərbaycanda da fəaliyyət göstərən “Erickson Kouçinq Türkiye” təsisçisi, beynəlxalq kouç DR. Zerrin Başer başlayıb. Zerrin Başer Kouçinq sistemi, dünya və Azərbaycan təcrübələrindən danışıb.
CB Solutions İcraçı direktoru, biznes kouç və məsləhətçi Camal Şahverdiyev isə çıxışında insana uğur gətirə biləcək əsas amili təhsil, təcrübə, IQ ilə deyil, öncə özünün dərk edilməsi ilə bağlı olduğundan danışıb. O, bu fikirlərinin davamı kimi, “emosional intellekt” anlayışından bəhs edib: “Emosional intellekt anlayışı 1960-cı ildə meydana gəlib və 1995-ci ildə artıq Daniel Qoulman özünün kitabında emosional intellektdən bəhs edib”.
C.Şahverdiyev deyib ki, biznesdə də çox istifadə olunan bu anlayış özünü dərk etmək (self-awareness) deməkdir.
“Hər bir insan uğurlu olmaq istəyirsə, dəyişikliyə hazır olmalıdır. Bu, yalnız işə deyil, ümumiyyətlə həyatın bütün sahələrinə aiddir. Məsələn, mən elədiyim bütün fəaliyyətlərdən zövq alıram.
Biznes kouç Marşal Qoldsmitin sözlərinə istinadən deyib ki, bizi buraya gətirən irəli aparmayacaq. “Bugünkü bacarıqlar bizi irəliyə aparmayacaq.
Hər gün yeni keyfiyyətlər daha önəmli olur. Biz dəyişikliyə, yeni tələblərə açıq olsaq, dərhal reaksiya versək bizim üçün daha yaxşı olacaqdır. Hər bir insanda fərdi məqsədlər də olmalıdır”.
Daha sonra, Kariyer.netin Strategiya və biznesin inkiaşfı üzrə direktor müavini Barış Karadenizli çıxışına başlayıb. Rabitəbank ASC İdarə Heyətinin Sədrinin müavini Elşən Bədirxanov biznesdə korporativ mədəniyyətin əhəmiyyətindən danışıb. Birinci panel bununla başa çatıb.