“Doğrudur, bu gün əmək bazarında çoxlu vakansiyalar və işaxtaranlar mövcuddur. Biz mütəxəssislər axtardıqda, əsasən bir elana bir neçə min müraciət daxil olur. Təbii ki, onların içərisində vakansiya ilə bağlı olmayan çoxlu CV-lər də mövcuddur”.


Facemark.az xəbər verir ki, bu sözləri “Gilan Holding” İnsan Resursları Funksiyasının Rəhbəri, İdarəetmə panelinin moderatoru Allahverdi Bağırov MİRF2018-də səslənən suala cavab olaraq deyib.


“Unutmamaq lazımdır ki, bunu işaxtaranlarla görüşlərdə deyirik ki, onlar birincisi vakansiya ilə bağlı müraciət formaları üzərində işləsinlər. Məsələn, baxırsınız ki, kimsə bir şirkətdə vaxtilə mütəxəssis işləyib. Amma aşağıda hansı işləri görüb, hansı sahələrin işini görüb, hansı biliklərə malikdir? bu kimi məlumatları bir çox hallarda qeyd etmirlər.


Yuxarıdada qeyd etdiyim kimi bir iş elanına çoxlu müraciətlər daxil olur. Şirkətlər məcburdur ki, “applicant tracking systems”dən (ATS) istifadə etsinlər. Bir insanın 2000-10 000 CV-yə baxması mümkün deyil. Ona görə də, bir çox şirkətlər belə proqramlardan istifadə edirlər.


Məsələn, Əlavə Dəyər Vergisini (ƏDV) yaxşı bilən mühasib axtarırsınız. Kiminsə CV-də ƏDV sözü keçibsə, o CV-i önə çıxacaqdır. İnsanlar öz CV formalarını həmin vakansiyaya uyğunlaşdırmalıdırlar. İşə qəbul ilə bağlı ilkin etapda bu amildən çox şey asılıdır.


İkinci, vurğulamaq istədiyim məsələ isə budur ki, baxırsınız insanlar doğru hədəflərə gedə bilmirlər. Məsələn, IT sahəsi üzrə mütəxəssissiniz. Özünüzə hədəf şirkətlər seçməlisiniz. Bu sahədə hansı şirkətlər var? Hansı şirkət bu sahəyə daha çox önəm verir? Bunları araşdırmalısınız. Beləliklə, karyeranızda daha yaxşı nəticələr əldə edə bilərsiniz”, - deyə Allahverdi Bağırov qeyd edib.