“Toyota”nın Misir komandası, yeni SUV model “Fortuner” üçün hazırladığı reklam filmində sloqan olaraq “Made for men”dən (Kişilər üçün yaradıldı) istifadə etməsi qalmaqala səbəb olub. “Toyota Misir”in Facebook səhifəsi üzərindən video çarx 3,2 milyona yaxın baxış yığıb və şərhlərdə istifadəçilər markanı cinsiyyətçilikdə günahlandırıb.
“Toyota”nın sosial media izləyicilərinin bəziləri:
-“Yəni, sadəcə kişilər üçün mü? Toyota, bu cinsiyyətçi reklamla satışlarınızın demək olar ki, yarısını itirdiniz”.
- “Qadın yarışçı və off-roader olaraq, bu kampaniyadan tamamilə xoşum gəlmədi”.
- “Kişilər üçün hazırlanmış avtomobil? Bu, markanı daha yaxşı nəqliyyat vasitəsi edir?
- “Toyota Global” bu cinsiyyətçi reklamdan xəbəriniz varmı? Bu zibillərlə başa çıxmaq məcburiyyətinizdəsiniz.
- “Reklamda cinsiyətçilikdən şikayət edən şəxslərin şərhlərini gizlətməyə davam edin!. Onsuz da hər kəsdə skrinşotlar var”.
Mənbə: Marketinq Türkiye