IKEA-nın Rusiya filialı rəsmi sosial platforma üzərində post paylaşıb. Amma şirkətin yumorunu heç də hamı eyni cür qəbul etməyib və şirkət seksizmdə (gender diskriminasiyasında) ittiham edilib. Nəticədə şirkət öncə istifadəçilərindən üzr istəyib, daha sonra isə postu səhifəsində silmək məcburiyyətində qalıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəkildə sevimli it, masa arxasında əyləşib, o sahibinin növbəti istəyini yerinə yetirmək üçün gözləyir.
Əgər təsadüfən maşınını cızdınız, ya da onun ev ayaqqabılarını gəmirdinizsə, mürəbbə ilə keks hazırlayın. Bunları onun ən sevdiyi Qoddaq masasının arxasına qoyun. Onu xəfif gülümsəmə ilə salamlayın. Təkrarlardan qaçın və ona deyin, “Əzizim, bizim danışmağımız lazımdır”. Sosial şəbəkənin bir çox istifadəçisi markanı bu posta görə qınayıb. “İtlə qadını müqayisə etmək əlbəttə ki, dəhşət səslənir. Postla istifadəçilərin razılaşmaması isə sevindiricidir”,- deyə şərhlərin birində deyilib.
Başqa bir istifadəçi isə postda heç bir təhqiredici nüans tapmayıb və qeyd edib ki, “Hər kəs özünə görə mühakimə edir. Qızlar, əgər bu post sizə təsir edirsə, bir düşünün bəlkə həyatda özünüzü belə assosiasiya edirsiniz. Siz öz dəyəriniz haqqında düşünməlisiniz”.
IKEA isə öz rəsmi səhifəsi üzərindən üzrxahlıq edib və heç kəsin heysiyyətin toxunmaq niyyətində olmadıqlarını deyiblər: “Post sadəcə yumoristik xarakter daşıyırdı”, - deyə şirkət qeyd edib. Daha sonra isə post səhifədən silinib.



