İdman mallarının istehsalçısı “Puma” özünün qlobal media partnyorunu kimi “Havas Media”nı seçib. Razılaşma 2019-cu ilin yanvarından qüvvədə olacaq.


Facemark.az-ın məlumatına görə, bu barədə “AdAge” portalı yazıb. Tenderdə, həmçinin “Publicis Media”ya daxil olan “Blue 449” və “ID Comms” agentliyi də iştirak edib.


Şirkətin qlobal mediatender ilə bağlı bəyanatı 2018-ci ilin iyunundan, “Puma”da baş verən struktur dəyişikliyindən sonra artıq məlum idi. Daha əvvəl kompaniya “Kering” şirkətlər qrupuna daxil idi. Onlar lüks-ayaqqabı, saat, zərgərlik məhsulların satışı ilə məşğul olurdu. May ayında isə şirkət öz payını 86%-dən 16%-ə qədər azaltdı və “Puma”nı ictimai şirkət etdi.


R3 konsaltinq agentliyinin məlumatına, əsasən “Puma”nın qlobal media partnyorluqla bağlı xərci 120 milyon dollar təşkil edir. “Adindex”in ekspertləri isə deyir ki, bu dəyişilik “Puma”nın Rusiya bölməsinə də təsirsiz ötüşməyəcək. “Adindex”in məlumatına görə, daha əvvəl şirkətin Rusiyada inkişafı üçün 2 agentlik məşğul olurdu. MEC (GroupM, britaniya holdinqi WPP) və Blue 449.