2012-ci ildə “Demirören” qrupu tərəfindən alınan “Vatan” qəzeti yayım həyatına son verir. Qəzetin internet saytı və e-qəzet tətbiqi isə yayımda qalacaq.


Facemark.az-ın məlumatına görə, Türkiyə mətbuatına yer alan xəbərə, əsasən qəzet bu gün, yəni Noyabrın 1-dən etibarən son nəşrini həyata keçirəcək.


“Demirören Grubu”a aid olan başqa qəzet olan “Milliyet”in həftəsonu əlavəsi kimi yayımlanacağı bildirilib.


Bu gün sonuncu dəfə oxuyucuları ilə görüşəcək, qrupun 5 qəzetindən biri olan “Vatan” qəzeti 2002-ci ildə “Doğan Media” qrupunun daxilində yaradılıb və 2011-ci ildə “Demirören – Karacan” ortaq qrupuna 26 milyon dollara satılıb.