Bu gün Bakıda biznes sahiblərini və top menecerləri birləşdirən Biznes İdarəçiliyi Forumu keçirilir.
Facemark.az xəbər verir ki, konfransın açılışını “SAT Group” şirkətinin rəhbəri Azad Qəhrəmanov edib.
Birinci panel-idarəetmə sistemləri panelinin moderatoru qismində idarəetmə eksperti, “Destec Group” şirkətinin baş direktoru Sakit Səmədov çıxış edib. Panelin spikerləri sırasında “Morpho” şirkətində idarəedici Əfsun Qurbanov, RDC şirkətinin baş direktoru Kamran Eyyubov, “Rabitəbank” İdarə Heyətinin sədrinin müavini Orhan Gültekin, “Gilan Otellər Qrup”unun baş icraçı direktoru Elgün Məmmədov olub.
Əfsun Qurbanov öz çıxışında idarəetmə sistemində “365 gün məzuniyyət” məsələsinə toxunub. Onun sözlərinə görə, idarəetmə sistemində 3 əsas vacib nüans var: “Bunlar risk, xərc və ən bahalısı zamandır”. O, deyib ki, təsəvvür edin ki, lider Haiti adlarında istirahət edir və şirkətin də istehsal, satış, marketinq, mühasibatlıq məsələləri, ümumiyyətlə, hər şey öz qaydasındadır. Və bu çox inanılmaz səslənir.
Əfsun Qurbanov çıxışı zamanı beynəlxalq statistikaya istinadən qeyd edib ki, bu gün 100 nəfərdən yalnız 3 nəfəri bir anda bir neçə işi görə bilir. O, idarəçilərin zamanına səmərəli qənaət etmək üçün informasiya texnologiyalarının əhəmiyyətindən bəhs edib. Əfsun Qurbanovun sözlərinə, əsasən “Toyota” avtomobil istehsalçılarının isifadə etdiyi “Kanban” metoduna görə, idarəçilər öz işlərini vizuallaşdırmalıdırlar: “Məsələn, məhdud görəcəyim işlər, hal-hazırda gördüyüm işlər, tamamladığım işlər. Tamamlanan işləri idarəçilər avtomotik olaraq yaddan çıxartmalıdırlar”.
Əfsun Qurbanov deyib ki, idarəçilərə bu gün 15 min funksiyanı özündə ehtiva edən səsli asistantlar onların zamanına qənaət etmək üçün əvəzsiz rola malikdir. Təbii ki, bunların da fövqündə sünki intelekt dayanır. Təsəvvür edin ki, müasir dövrdə Bina robotu hərbi akademiyada tələbələrə fəlsəfə dərsi keçir”. Əfsun Qurbanov bildirib ki, “Cross over” Amerika şirkətidir və işçiləri dünyanın istənilən yerindədir. Bu platformanın işçiləri evdə, 365 gün istirahət edərək işləyirlər və pul qazanırlar. “Domino’s Pizza”ya real insanla ünsiyyət qurmadan belə pizza sifariş etmək mümkündür. Şirkət texnologiyadan istifadə etməklə, öz zamanına qənaət etmiş olur.
O, idarəçilərə öz işində kömək ola biləcək alətlərdən də bəhs edib: “ bitrix24”, “teamwork”, “trello” və s. Bu alətlər işçilərin daha effektiv iş görmələrinə yardım edəcəkdir. Əfsun Qurbanov, həmçinin süni zəka, robotların insanların yerini gələcəkdə əvəz etməsi, onların ixtisar edilməsi ehtimalından da danışıb. “Şirkətlər arasında aparılan araşdırmaya görə, 22%-nin sözlərinə görə, süni intellekt, robotların həyatmıza daxil olması zamanı insanların sadəcə ixtisar edilmə ehtimalından danışmaq olar. 78% şirkət isə düşünür ki, robotlar insanların daha effektiv işləmələrinə kömək olacaqdır.
Şirkətin rəsmisi çıxışının sonunda, bütün idarəçilərə sosial mesaj ötürüb: “Hər bir şirkət üçün ən vacib resursu insandır. Heç bir sistemi insandan üstün tutmuruq”.