“Procter & Gamble” (P&G) investorların illik yığıncağında restrukturizasiya haqqında məlumat verib. Yenilənmə çərçivəsində şirkət 60% əməkdaşını yeni yaradılacaq bölməyə köçürəcək: Parça və ev ləvazimatları, gözəllik və şəxsi qulluq, kişilər üçün təraş, sağlamlıq üçün, uşaq və qadın gigiyenası üçün vasitələr, ailə və yeni biznesə başlayanlar üçün vasitələr bura daxildir. Beləliklə, şirkət öz əməliyyatlarının böyük hissəsini 6 kiçik biznes vahidi ətrafında birləşdirəcək. Hər bölməyə markanın inkişafı və satışlara məsul olan rəhbər təyin olunacaq.
Facemark.az-ın məlumatına görə, bu barədə “The Drum” nəşri yazıb.
Növbəti ilin iyulun 1-dən etibarən şirkət daxilində bölmələrin rəhbərləri əlaqəli məhsulun satışının 80%-nə nəzarət edəcək. Bundan başqa, hər bir rəhbər öz brendləri üzrə kommunikasiyaya, istehlakçının başa düşülməsinə, məhsul və qablaşdırmada innovasiya, satış və pərakəndə performansına, həmçinin məhsulun şirkətin ən böyük bazarlarında tədarükü üçün məsul olacaqlar. “Forrester” araşdırma şirkətinin rəhbəri Kit Conston şirkətdə baş verən dəyişiklik ilə bağlı deyib ki, əgər kompaniya daxilindəki hər bir bölmə müstəqil marketinq startegiyası yeridəcəksə, bu zaman ümumi şirkətin marketinq direktoru olan Mark Pritçardın səlahiyyətində də bəzi dəyişikliklər baş verəcəkdir.
Qeyd etmək yerinə düşər ki, P&G 2012-ci ildən öz fəaliyyətini restrukturizasiya edir. Yenilənmə çərçivəsində şirkət əməkdaşlıq etdiyi reklam agentliyinin işinə də nəzər yetirir və dəyişikliyə gedir. Belə ki, şirkət yaradıcı məhsulun hazırlanması üçün bazarda bir-biriləri ilə rəqabət aparan şirkətlərin nümayəndələrinin vahid qrupunu yaradıb. Adıçəkilən qrupa isə “Saatchi & Saatchi”, “Grey” (WPP), “Marina Maher Communications” və “Hearts & Science” (Omnicom) daxil olub. MDV ölkələri və Rusiyada isə şirkətin media büdcəsi ilə bağlı məsələlərə “Publicis Group”a daxil olan “Starcom” şirkəti nəzarət edir.
“Mediacope”un məlumatları əsasında, “AdIndex” hesablama aparıb. Məlum olub ki, şirkət 2017-ci ildə təkcə Rusiya bazarında reklamın alınması üçün 4,3 milyard rubl pul xərcləyib. Bu, göstərici ilə kompaniya ən iri reklamverənlərin reytinqində 3-cü sırada qərarlaşıb.
