Rusiya Türkiyənin süd məhsulları istehsalçısı olan “Sütaş”dan süd məsullarının alışına qadağa qoyub.


Facemark.az xəbər verir ki, məsələ ilə bağlı markanın rəsmiləri açıqlama verib.



Marka açıqlamasında deyib ki, Rusiyanın bu qərarını təəccüb və kədərlə qarşılayırıq. Sonda isə markanın nümayəndələri bildirib ki, məhsulların təzəliyindən imtina etmərik: “Belə gəldik, belə də davam edəcəyik”.



Qeyd edək ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının təftiş agentliyi (Rosselhoznadzor) deyib ki, Türkiyədən gələn, infeksiya qapan məhsulların həcmində artım olub. Qərarın “Sütaş”ın istehsal etdiyi süd tozunda Rusiyada istifadəsi qadağa olan zərərli maddələrin olması ilə bağlı alındığı deyilir. “Rosselhoznadzor” rəsmilərinin sözlərinə görə, “Sütaş”ın istehal etdiyi süd tozunda antibiyotik növləri olan spiramisin və tilmikosin aşkar edilib.


Xatırlatmaq yerinə düşər ki, bu qərara qədər Rusiyaya 8 türk şirkəti süd məhsulları ixrac edirdi. Hazırda isə bu say 6-a qədər enib.