“Sberbank” korporativ sektorda müştəri təcrübəsini müəyyən edən marketinq araşdırması üçün 3 lotalı tender edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət satınalmalarının saytında yer alan yekun protokolda qeyd olunub ki, tenderin nəticəsinə görə, lotların ümumi qiyməti 22 milyon rubl təşkil edib.
Tenderdə “Sberbank”ın daha əvvəl akkreditasiyasını keçmiş 36 şirkət iştirak edə bilərdi. Müraciətlər 4 namizəd tərəfindən təqdim edilib: “Аналитикс-Раша”, “Ipsos Comcon”, “Kantar TNS”, MARC. İkinci mərhələdə isə tenderdən “Ipsos Comcon” şirkəti çıxıb, nəticədə lotlar yerdə qalan 3 namizəd-şirkət arasında oynanılıb. Tenderin şərtlərinə görə, hər agentlik ancaq bir lot əldə edə bilərdi. Birinci, 8,1 milyon rubl dəyərində müqaviləni “Аналитикс-Раша” şirkəti qazanıb. 6,9 milyon rubl dəyərində ikinci lotu isə MARC araşdırma şirkəti əldə edib. Üçüncü lotun dəyəri isə 7,1 milyon dollar olub ki, onu qazanan araşdırma şirkəti isə “Kantar TNS” olub.
Tenderin qalibi olan olan şirkətlər “Sberbank”ın korporativ müştəriləri arasında telefon və onlayn sorğular aparmalıdırlar.
Qeyd edək ki, daha əvvəl bank müştərilərini loyallığını ölçən marketinq tədqiqatı keçirmişdi. Tenderin qalibi isə “Kantar TNS” şirkəti olmuşdu. Bank ilə araşdırma şirkəti arasında 12,4 milyon rubl dəyərində müqavilə imzalanmışdı.