“Duracell” markası Şimali Amerikadan başqa, bütün bazarlarda yaradıcı kampaniyaların yaradılması üçün qlobal səviyyədə podratçı axtarışındadır.
Facemark.az-ın məlumatına görə, bu barədə “Campaign” yazıb.
Marka son 6 ildə kommunikasiya holdinqi WPP-ə daxil olan “Grey London” agentliyi ilə əməkdaşlıq edib. Brend, həmçinin özünün keçmiş partnyorunu da qlobal tenderdə iştiraka dəvət edib.“Grey London” agentliyinin nümayəndəsi “Adindex” saytına təsdiq edib ki, Rusiya bazarında da yaradıcı kampaniyaların hazırlanmasında onlar özləri məşğul olublar.
Şirkətə yaxın mənbənin bildirdiyinə görə, “Duracell” adıçəkilən bazarda qlobal kampaniyaları lokallaşdırmaq üçün PRT agentliyinə də tez-tez müraciət edib. “Duracell”in marketinq direktoru Tatyana Viven Juannonun sözlərinə görə, kompaniya əvvəlki agentlik ilə əməkdaşlığından razı qalıb: “Yeni tenderin keçirilməsində məqsəd yaradıcılıq sənayesində rəqabət mühitini öyrənməkdən ibarətdir”, - deyə o, sözlərinə əlavə edib. Amma “Grey” agentliyi məsələ ilə bağlı şirkətin rəsmi sorğusunu cavablandırmayıb.
Xatırlatmaq yerinə düşər ki, 4 il bundan öncə “Duracell” P&G markasının satmaq istədiyi ilk marka olub. Batareya istehsalçısını “Berkshire Hathaway” investisiya fondu, milyarder Uorren Baffetin nəzarəti altında 4,7 milyard dollara alıb.