Ötən il dünya miqyasında tətil alış-verişləri ilə bağlı 282 milyondan çox tvit olub. Tvitlərin sayı hər il noyabrın sonunda həyata keçirilən “Black Friday” və “Cyber Monday” kimi populyar alış-veriş günlərində isə anidən artıb. “McKinsey” tərəfindən hazırlanan anket #BlackFriday-in istehlakçılar üçün nə qədər önəmli olduğunu göstərir. Anketə, əsasən 2015-ci ildə İngiltərədəki bütün istehlakçıların sadəcə 19%-i #BlackFriday-də alış-veriş edib.


Ötən il isə bu qərəm 54%-ə qədər yüksəlib. Bu il isə, sorğu iştirakçılarının 77%-i deyib ki, #BlackFriday günü alış-veriş edəcəklər, ya da endirimlərə baxacaqlar, əgər qiymətlər onların istəkləri ilə üst-üstə düşərsə alış edəcəklər. Türkiyədəki “Twitter” istifadəçiləri məhsul və markalar haqqında düşüncələrini paylaşmağı sevir.


Platforma istifadəçilərinin 72%-i məhsul barəsində fikirlərini davamlı olaraq paylaşır. 78% istifadəçi isə başqalarının məhsul və xidmətlər ilə bağlı fikirlərinə aktiv olaraq nəzər yetirir. Həmçinin adıçəkilən platformadan istifadə edən istifadəçilər, araşdırılan bütün məhsul və xidmət kateqoriyasında ortalama internet istifadəçisindən də daha effektivdir.


Marketinq uğuru üçün doğru həştəq


“Twitter”də bir markanı #BlackFriday günü digər brendlərdən fərqləndirmək elə də asan deyil. “Talkwalker”ə görə, təkcə 2017-ci ildə #BlackFriday ilə əlaqədar təxminən 3 milyon tvit atılıb. Bundan başqa, getdikcə populyar olan #CyberMonday həştəqi ilə paylaşılan 1 milyon tvit qeydə alınıb. Qeyri-adi bir həştəqdən istifadə brendinizi #BlackFriday günü başqalarından fərqləndirə bilər.


#MagentaFriday – T-Mobile #BlackFriday həyəcanından necə ağıllıca istifadə etdi?


Hər kəs #BlackFriday haqqında danışır. T-Mobile həmin gün xüsusi alış-veriş “event”i təşkil edir. Bununla da bu xüsusi gündə hamıdan fərqlənir: #MagentaFriday. Bundan başqa, xüsusi həştəqin kampaniyanıza böyük faydalar yaradacağı bir çox yolu var.


-Təsir dairəsi və kommunikasiya: Kampaniya ilə bağlı yaradılan həştəq, təsir dairənizi artırmağı və markalar ilə istehlakçılar arasındakı kommunikasiyanı sadələşdirməyi mümkün edir.


- Markanızı gücləndirin: Həştəqlər, məhsul və markalar üçün əsas olan satış tövsiyələrinizi vurğulamaq üçün istifadə edilə bilər.


- Bağlılıq: Həştəqin uğurlu şəkildə istifadə edilməsi, yüksək dərəcədə müştəri bağlılığı və istifadəçilər tərəfindən kontent yaradılmasını təmin edir.


- Ölçüləbilirlik: Xüsusi olaraq yaradılan həştəq “Twitter”də asan və sürətli şəkildə ölçülə bilər.


- Artan çeşidlilik: “Twitter”də həştəqlərin və əlaqədar kommunikasiyadan istifadə çeşidliliyi artırır.