Moda evi “Dolce & Gabbana” (D&G ) Çinin Şanxay şəhərində keçiriləcək “The Great Show”dan reklam qalmaqalı və Stefano Qabbana ətrafındakı fikirlərə görə imtina edib. Çinin sosial şəbəkələrində reklamla bağlı tənqid dalğası markanın kampaniyasına zərbə vurub. Belə ki, brend Çin ənənələrinə etinasız münasibətə görə, tənqid olunub.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə brend araşdırma aparmağa və çinlilərdən üzr istəməyə məcbur olub.
Reklam çarxı seriyası – “Çubuqlarla yeyirik” Çin mikrobloq xidməti “Weibo”da aktiv müzakirə olunub. Bir çox yerli ulduz - Zhang Ziyi (Evə qayıdış yolu- Wo de fu qin mu qin, Geyşanın xatirələri - Memoirs of a Geisha -filmləri) məsələ ilə bağlı öz qəzəblərini gizlətməyib, deyə Reuters yazıb. Reklam çarxında qız çalışır ki, Çin çubuqları ilə italyan yeməkləri; pizza, spaqetti, kannoli yesin. Kadr arxasındakı kişi səsi isə qıza çubuqlardan düzgün istifadə etməyi öyrədir. İstifadəçilər deyiblər ki, belə himayədarlıq tonu, kənardan təhqiredici görünür.
Bundan başqa, Çinli istifadəçilər modelyer Stefano Qabbanaya məxsus ekran görüntüsünü yaymağa başlayıblar. O, Çini “pis qoxuyan mafiya” adlandırıb. Şirkət isə məsələ ilə bağlı açıqlamasında deyib ki, D&G-nın və onun rəhbərinin sosial platforma hesabları sındırılıb.
Hər 3 videonu təqdim edirik.
https://www.instagram.com/p/BqR4-DVi4wQ/?utm_source=ig_web_options_share_sheet
https://www.instagram.com/p/BqSVTskiM1n/?utm_source=ig_web_copy_link
https://www.instagram.com/p/BqSGMfKCWiJ/?utm_source=ig_web_copy_link