“Procter & Gamble” (P&G) “Walker & Company Brands”ı aldığını açıqlayıb. Beləliklə, şirkətin porfoliosuna “rəngli” insanlar (Reverso Context) üçün kosmetik vasitələrin xətləri də daxil olacaq.
Facemark.az xəbər verir ki, kompaniyanın əsası hələ 2013-cü ildə Tristan Uoker tərəfindən qoyulub.
“Walker & Co”nun “Bevel” brendinə kişilər üçün təraş, qulluq və sərt və buruq saçlılar üçün vasitələr daxildir. “FORM Beauty” brendinə isə buruq saçlı qadınlar üçün premium qulluq vasitələri aiddir. Uokerin biznes əməliyyatları müstəqil olsa da, o rəhbərliyi yalnız P&G-nin daxilində həyata keçirəcək.
FMCG nəhəngi multikultural auditoriyası ilə münsibətlərini möhkəmləndirir. Saziş nəticəsində Tristanın yaratmış olduğu şirkət müştərilərin dərin anlayışını, loyal auditoriyanı qazanacaq, cəmiyyət ilə daha sürətli əlaqə yarada biləcək, eyni zamanda unikal məhsulların hazırlanmasını həyata keçirəcək.
Öz növbəsində, “Walker & Co” P&G-nin təcrübə və imkanları hesabına, beynəlxalq bazarlar üçün də yeni məhsullar hazırlaya bilər.
