GTB-ı, “Ford Motor Company”ə xidmət edən WPP bölməsi bütün dünya üzrə əməkdaşlarını 20%-ni işdən çıxaracaq.


Facemark.az-ın məlumatına görə, “AdWeek” yazır ki, buna səbəb “Ford”un GTB ilə əməkdaşlıqdan imtina etməsi və əsas kreativ partnyoru BBDO-nu seçməsi olub.

Belə ki, hələ oktyabrda “Ford Motor Company” öz əfsanəvi brendini yeni səviyyəyə yüksəltmək, biznesi daha operativ və müştəriyəyönümlü etmək üçün mühüm dəyişikliyə getdiyini elan etmişdi.




Beləliklə, şirkətin qlobalda mediabiznesinə nəzarət etmək üçün BBDO (Omnicom Group) agentliyi seçilib. Nəticədə, WPP-ə yalnız mediaplanlaşdırma, satınalma və saytın inkişaf etdirilməsi məsələləri qalıb.

Yuxarıda qeyd etdiyimiz səbəblə bağlı olaraq GTB “Ford”dan gələn büdcənin demək olar ki, böyük bir hissəsini itirib. Bu isə şirkəti əməkdaşlarının sayını azaltmağa məcbur edir. İxtisar dalğası reklam agentliyinin yaradıcı bölməsində çalışan 100 əməkdaşı əhatə edəcək.

Qeyd etmək yerinə düşər ki, daha əvvəl şirkətin inkişafı, biznesdə artımı əhatə edən üçillik plan hazırlamışdı. Strategiyaya, əsasən şirkət kreativliyə, texnologiyaya və istedadlı kadrlara investisiya etməyi nəzərdə tutur. Həmçinin strategiya çərçivəsində holdinq bütün dünya üzrə ümumilikdə 3000 əməkdaşı ilə yollarını ayırmalı olacaq.