“Mövlana həftəsi”ndə dünyanın ən böyük texnologiya şirkəti olan “Apple” Cəlaləddin Ruminin məşhur şeirlərindən biri olan “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” şeirinə həsr edilmiş video yayımlayıb.


Facemark.az xəbər verir ki, kompaniya bu videonu rəsmi “Instagram” hesabı üzərindən paylaşıb.



Cəlaləddin Ruminin həyatının əsas fəlsəfəsi dostluq, sevgi olub. “Apple”ın da öz video çarxında istifadə etdiyi, Ruminin həmin şeirini təqdim edirik.


Şəfqət və mərhəmətdə günəş kimi ol


Xeyirhaxlıqda və yardım göstərməkdə axar su kimi ol


Başqalarının qüsurunu örtmək gecə kimi ol


Hiddət və əsəbilikdə ölü kimi ol


Sadəlik və təvözakarlıqda torpaq kimi ol


Könül genişliyində dəniz kimi ol


Ya olduğun kimi görün, ya göründüyün kimi ol!


Videoya keçid üçün link:


https://www.instagram.com/p/BrXrlRzFXbw/?utm_source=ig_web_button_share_sheet