“Türk Telekommunikasiya” AŞ-nin İctimaiyyəti İşıqlandırma Plaformasında (KAP) etdiyi paylaşıma görə, şirkətin İdarə Heyətinin üzvü Nureddin Nebati, müstəqil İdarə Heyəti üzvlərindən olan Sefer Turan və İbrahim Eren istefa edib.


Facemark.az-ın məlumatına görə, “Anadolu Agentliyi” yazır ki, Sefer Turanın boş qalan yerinə, sələfinin qalan vəzifə öhdəliklərinin icrasını yerinə yetirmək üçün Nureddin Nebati gətiriləcək.


KAP-dakı açıqlamaya, əsasən bu, Türk Ticarət Qanunun 363-cü maddəsinə görədir. Nureddin Nebati vəzifəsinin icrasında yalnız Kapital Bazarları üzrə Şuranın təsdiqindən sonra başlaya biləcək.


Türk Telekom AŞ-nin İdarə Heyətinin üzvlüyündən istefa edən İbrahim Erenin “Türksat AŞ”-nin İdarə Heyətinin üzvlüyünə, Sefer Turanın isə TTNET İdarə heyətinin üzvlüyünə gətiriləcəyi qeyd edilib.