2018-i il ərzində “Procter & Gamble” (P&G) marketinq strategiyasını yenidən qurdu və elan etdi ki, agentliklər ilə iş üzrə xərcləri azaldacaq.
Facemark.az-ın məlumatına görə, “The Drum” nəşri yazır ki, P&G-in marketinq dirketoru Mark Pritçard media və agentliklərin işinə yenidən baxmağa qərara gəlib. Şirkət “qənaətcil innovasiyalar” konsepsiyası üzrə işləyən startaplara yönələcək. ( az xərclə daha çoxunu görmək).
Pritçard açıqlamasında deyirdi ki, “Procter & Gamble” kiçik biznes yanaşmasını qəbul etməli və onu şəxsi innovasiyalarının inkişafına tətbiq etməlidir.
“Procter & Gamble”in marketinq direktorunun sözlərinə görə, artıq 130 belə sratap var və orda olan işçilərin sayı 3-4 nəfərdən ibarətdir. O, deyib ki, həmin insanların işi daimi müştərilər ilə əlaqədə olmaqdır. Mark əlavə edib ki, belə yanaşma autsorsa təchizatçılara və agentliklərə işin həcmini azaltmağa və istehlakçılarla daha sıx əlaqəni qaydaya salmağa kömək olur.
P&G ötən il qeyd etmişdi ki, onlar biznes strukturunu sadələşdirir və işin çox hissəsini yerinə yetirəcək kiçik bölmələr yaradır. Yeni modelə görə, hər biznes-vahidi öz rəhbərini seçir və onlar bendin inkişafı ilə məşğul olur. Şirkət, həmçinin agentliklər ilə olan işi də yenidən qurur.
2014-cü ildə şirkət agentliklər ilə olan xəcləri 1 milyard dollar azaldıb və 4 il ərzində podratçıların siyahısını 6 mindən 1,3 minə qədər azaldıb. 2018-ci ildə isə “Procter & Gamble” kreativ həllər üçün bazarda bir-biriləri ilə rəqabət içində olan “Saatchi & Saatchi”, Grey (WPP), “Marina Maher Communications” və “Hearts & Science” (Omnicom) kimi agentliklərin əməkdaşlarından yeni qrup yaratdı. Amma dəyişikliklər bununla da bitmir. Elə həmin il şirkətin baş icraçı direktoru olan Devid Teylor deyir ki, yaxın iki il ərzində şirkət agentliklərə çəkilən xərcləri daha 200 milyon dollar da azaltmaq niyyətindədir.