“Procter & Gamble” beynəlxalq şirkətinə daxil olan “Gillette” brendi yeni reklam çarxı çəkib. Çarxda göstərilir ki, brend kişilər tərəfindən olan təcavüz, zorakılığın əleyhinədir. Reklam çarxında marka “Kişilər üçün ən yaxşısı yoxdur” sloqanını “Ən yaxşı, kişi kimi olanlardır” a dəyişir.
Çarxda filmdən olan seksist kadrlar və oğlan uşağının üstündə olan zorakılıq və məhkəmə qeydləri və s. göstərilir. Çarxda belə bir sual verilir. Məgər kişilər üçün ən yaxşısı yoxdur? Video “YouTube” kanalında 3 milyon baxış yığıb. Amma çarx neqativ qarşılanıb. Belə ki, çarx 250 min dislayk və cəmi 36 min layk alıb. Auditoriya reklamı alçaldıcı və kişiləri zərərli təbliğində günahlandırıb.
“The Guardian” yazır ki, bundan başqa, marka hüquq müdafiəçiləri və hüquq müdafiə nəşrlərinin də tənqidinə məruz qalıb. Onlar iddia edirlər ki, reklam çarxı kişilər haqqında bir çox yanlış streotipi özündə əks etdirir. Hətta bəzi istifadəçilər markanın üzrxahlıq videosunun hazırlanmasının da vacib olduğunu deyir. Markanın nümayəndəsi isə qeyd edib ki, bu kişi olmağın nə demək olduğunu özündə ehtiva edən faydalı və pozitiv versiyadır. Və bu çarx böyük təşəbbüsün bir hissəsidir. Biz bundan sonra da kişilərlə, “Gillette” markasının olduğu hər yerdə streotipləri qırmağa və gözləntilərini qarşlamağa hazırıq. “Bizim reklam çarxımızda, sosial şəbəkələrdə olan postlarımızda istifadə olunan sözlər auditoriya ilə ünsiyyət zamanı istifadə etdiklərimizdir”, - deyə bu barədə şirkətin saytında qeyd olunub. Kompaniya, həmçinin xeyriyyə təşkilatlarına 1 milyon dollar maliyyə yardımına da söz verib. Belə ki, vəsait müxtəlif yaşda olan kişilərin gələcəkdə nümunəvi obrazına kömək edəcək.