2018-ci ildə “Netflix” kontentin yaradılmasına 12,04 milyard dollar xərcləyib bu isə 2017-ci illə (8,9 milyard dollar) müqayisədə 35% çoxdur.


Facemark.az-ın məlumatına görə, “Variety” nəşri isə yazır ki, maliyyə investisiyalarının növbəti artımı platformaya “Disney” və “WarnerBros”lə böyük rəqabət yaratmağına kömək olacaq.


Analtiklər proqnozlaşdırır ki, bu il kontentin yaradılmasına çəkilən xərc 15 milyard dollara, 2020-ci ildə isə 17 milyard dollara çata bilər. “Netflix” kontentin yaradılması ilə yanaşı, marketinq xərcləri və filmlərinin inkişafı üçün də böyük pullar xərcləyir. Məsələn, 2018-ci ildə şirkətin maliyyə xərcləri 2,37 milyard dollara qədər və yaxud 65% artıb. Ekspertlərin gözləntilərinə görə, bu ildə marketinq xərclərinin artımı cüzi, 22% olacaq və 2,9 milyard dollara çatacaq. Belə bir sual doğur? Nə üçün “Netflix” bu cür media nəhəngləri ilə rəqabət içindədir. Məsələn, “Disney”, “WarnerMedia” və “NBCUniversal”. “Netflix” rəqibləri ilə döyüşdə yalnız bircə silahına ümid edə bilər. Bu da texnologiyanın üstünlüyüdür.


“Netflix” uzun yolun qaydalarını müdrik şəkildə oynayır. Əgər o istəsəydi qlobal marketinq xərclərinə ayrılan investisiyanı istehsala yönləndirə və asanlıqla marjanı artırardı. Amma maliyyə investisiyalarının möhkəmliyi onu göstərir ki, platforma hələ gələcəkdə də birinci səviyyəli kontent istehsalçısı olacaq”, - deyə “Morgan Stanley”in maliyyə nəticələri üzrə xidmət analtiki Ben Suinbern qeyd edir. “Netflix” modeli qlobal istifadəçi bazasını genişləndiriləcəyinə zəmanət edir. Belə ki, hələ 2018-ci ildə platformanın dünyanın 190 ölkəsində 139,3 milyon pullu istifadəçisi mövcuddur. Kompaniya isə pullu istifadəçilərin 2028-ci ilə qədər 255,2 milyon nəfərə çatacağını proqnoz edir.


Qeyd etmək yerinə düşər ki, 2018-ci ildə “Netflix” ABŞ-da 900 saatlıq orijinal proqram hazırlayıb. Həmçinin platforma “The Umbrella Academy”, “Thirteen Reasons Why”, “Luke Cage” kimi taytllar hazırlayıb. “Unbreakable Kimmy Schmidt”nin 4-cü mövsümü artıq hazırdır. Bundan başqa “Lost in Space”nin remeyki, narkotika biznesi haqqında “Dope” sənədli serialının ikinci mövsümü və Braziliya triller-antiutopiyası 3%.