Alkoqolsuz içkilərin istehsalçısı olan “Coca-Cola” Rusiyanın beş əsas media orqanında (internet, TV, radio, çöl reklamı) reklamın alınması üçün tender elan edib.
Facemark.az xəbər verir ki, bu barədə “AdIndex”ə bazardakı mənbələrdən biri deyib.
“AdIndex”in həmsöhbəti bildirib ki, müsabiqə iştirakçılarından biri “Coca-Cola”nın cari partnyoru olan “Publicis Media”ya daxil olan “Starcom” agentliyidir. “Publicis Media” isə məsələni şərh etməkdən imtina edib.
“Publicis Groupe” “Coca-Cola”nın bu ölkədəki mediahesabını hələ 1995-ci ildən bəri idarə edir. Axırıncı dəfə kompaniya Rusiyada mediayaya ayrılan büdcə məsələsinə 2016-cı ildə baxıb. Həmin vaxt “Coca-Cola”nın tenderində ancaq onun qlobal partnyorları olan “Carat” (Dentsu), MediaCom (GroupM, WPP daxildir), “Universal McCann” (Rusiya bazarında ADV qrupuna daxildir) Mediavest (2017-ci ildən Spark Foundry, Publicis Groupe brendləri adı altında fəaliyyət göstərir) iştirak edib.
Tenderin qalibi isə “Spark Foundry” agentliyi olmuşdu. Həmin vaxt şirkət ilə agentlik arasında 3 illik, 2019-cu ilin sonunda başa çatmalı olan müqavilə imzalanmışdı. Amma fransız qrupunun struktrurunun yenidən dəyişdirilməsi “Coca-Cola”nın media satınalmaları məsələsinə “Publicis Media”ya daxil olan “Starcom”a həvalə edilməsi ilə nəticələnmişdi.
“AdIndex”in nəşri şirkətin yeni tenderi ilə bağlı ADB qrup, “Dentsu” və “Group M”ə sorğu göndərib. Amma onlar məsələni şərh etməkdən imtina ediblər.
Ötən ilin sonunda “Starcom” “McDonald’s”un da büdcəsini qazanıb. Daha əvvəl fast-food restoranları şəbəkəsinə, düz 15 il OMD OM Group xidmət edib. Amma 2018-ci ilin dekabrında həvalə olunub. “Starcom” isə çöl reklamı, radio reklamın alınması məsələsinə nəzarət edir. Gələcəkdə bütün KİV də bura daxil olacaq.
Qeyd edək ki, “Coca-Cola” AdIndex”in 20 ən böyük reklamverəni siyahısında 20-cı sırada qəraralaşıb. Nəşr “Mediascope”un hesabatına, əsasən hesablayıb ki, 2017-ci ildə şirkət beş mediada reklamın alınmasına 2,6 milyard rubl xərcləyib. Xərclərin 80%-i isə TV ilə bağlı olub. Belə ki, bura şirkət 2,1 milyard rubl yatırıb. 2018-ci ildə Rusiyanın ən böyük 20 reklamverəni “AdIndex” nəşri tərəfindən martın sonunda dərc olunacaq.
“Starcom” isə 2017-ci ildə nəşrin reytinqində ölkədə mediasatınalmalarına görə, birinci yerdə qərarlaşıb. Həmin il beş mediada agentliyin reklamın alınmasına müştərilər 21,4 milyard rubl xərcləyib. Bunun 16,6 milyard rublu isə elə TV-yə xərclənib. Həmin vaxt şirkətin iri müştəriləri arasında Mars CIS ( 2018-ci ildə GroupM), Procter & Gamble.