Ötən il moskvalılar və turistlər aktiv şəkildə “YouTube”da videoya baxıblar, “Vkontakt”da audiolara qulaq asıblar və “Instagram”a daxil olublar.
2018-ci ildə Moskvanın ictimai nəqliyatdakı pulsuz Wi-Fi-ya 18 milyondan çox qoşulma olub, onun 10,4 milyonu isə unikal istifadəçidir.
Facemark.az xəbər verir ki, bu barədə “Meqafon”a daxil olan “Netbynet” provayderinin tədqiqatında deyilir. Şirkət 2018-ci il ərzində Moskvada yerüstü şəhər nəqliyyatı marşrutlarında pulsuz internetə çıxış ilə bağlı işlərə yekun vurub və yeni il bayramı üçün istifadəçi statistikasını yığıb. Bir il ərzində sərnişinlər 830 TB trafikdən çox yükləmə ediblər.
Xüsusilə moskvalılar və turistlər aktiv şəkildə “YouTube”da videolara baxıblar, il ərzində 780 TB ətrafında video-trafik olub. “Vkontakt”da audiolara qulaq asıblar, “Instagram”a daxil olublar və sosial şəbəkələrdə ünsiyyət qurublar. Sərnişinlərin ən çox istifadə etdikləri brauzerlər isə “Safari” (31,5%), Chrome Mobile (27%) olub.
Tədqiqata görə, ictimai nəqliyyatda Wi-Fi-dan istifadənin auditoriyası kişilər və qadınlar arasında demək olar ki, bərabər bölünüb. Belə sərnişinlərin 68%-nin yaşı 18-dən 34 yaşadəkdir. 2018-ci ildə ən populyar mövzular arasında “Kino” (57,5%), “Turizm” (35,7%), “Ədəbiyyat və tədris materialları” (30%) daxil olub.
Qeyd edək ki, iyun və iyul aylarında Futbol üzrə Dünya Çempionatının keçirilməsi ilə əlaqədar olaraq 10%-dən çox qoşulma ingils dilli istifadəçilərdən, təxminən 15%-i fransızlardan, alman və digər əcnəbilərdən gəlib.
Sostav.ru
