Facemark.az pulla bağlı TOP 15 həqiqəti təqdim edir.
1.Tarix ərzində insanlar pulu bir çox formada istifadə ediblər. Hətta bəzi dövrlərdə pul yerinə sabun, kakao tumu, fil quyruğu qılı, taxıl, quş tükü, çay, tütün, quşun pəncəsi, at dişi belə istifadə olunub. Sadaladıqlarımız pul yerinə istifadə olunan vasitələrin hələ bir neçəsidir.
2. Romalılar öz pullarını qadın və evliklik tanrısı olan Juno Monetanın məbədində çap edirdilər. Pulun ingilis dilində versiyası olan “money” kəlməsi də “Moneta”dan gəlir.
3.Pulun üzərində yaşayan birinin rəsminin çap edilməsi isə Roma cəmiyyətinin adı ilə bağlıdır. Milladdan əvvəl 44-cü ildə Julius Ceaserin portreti müharibənin qalibi olduğuna görə, pulun üzərində çap edilir.
4. Şumerlilər dəmir pulu ilk istifadə edən cəmiyyətdir. O vaxtlar belə pulun dəyəri ağırlığına görə ölçülürdü.
5. Orta əsrlərdə cəngavərlər oğrulardan dolayı yanlarında pul gəzdirmək istəmirdilər. Pulun yerinə qiymətli bir üzük taxırdılar. Cəngavərlər uzun yola çıxdıqda qonaqlamaq üçün mehmanxanaya üstünlük verirdilər. Amma onun pulunu ödəmək üçün qəbzin üzərinə üzükləri ilə damğa vururdular. Mehmanxananın nümyəndəsi daha sonra möhürlənmiş qəbzi cəngavərin qəsrinə göndərir və xidmətinin qarşılığını pulla alırdı.
6. Dünyada 1,6 milyondan çox ATM var. Antarktikada belə ATM tapa bilərsiniz. ATM-lərdən ən çox pul isə həftənin cümə günü çəkilir.
7. Üzərində dəyəri olan ilk dəmir pul milladdan əvvəl təxminən 600-ci ildə antik Lidiyada (Türkiyə) çap olunub. Çap olunan dəmir pullar qızıl və gümüşün qarışığından istehsal edilib.
8. Hər il “Monopoly” oyunu üçün çap edilən pul sayı həqiqi pullardan belə çoxdur. Hər il oyun üçün çap edilən pulun toplam miqdarı isə 15 140 vahiddir.
9. Milladdan sonra 9-cu əsrdə Çinlilər kağız pulu kəşf ediblər. Hətta onlar küləkli havada daha tez uçduğuna görə, adını “uçan pul” qoyublar. Bu pullar qısa bir müddət istifadə olunsa da, daha sonra tədavüldən götürülüb. 18-ci əsrdə isə ilk dəfə fransızlar kağız pulu ölkə səviyyəsində istifadə edib.
10. Dünyada 170 000 -dən çox pul vahidindən istifadə olunur.
11. İnsanların taxıl və dəyərli dəmir pullarını saxladıqları məbədlər qədim banklar olub.
12. Kredit kartları ilk dəfə 1920-ci ildə istifadə olunub. O vaxtlar istifadə olunan kredit kartları müəssisələrə məxsus xüsusi kredit kartları idi. Və sadəcə həmin müəssisələrdə istifadə oluna bilərdi. 1951-ci ildə ilk dəfə fərqli müəssisələrdə də istifadə olunan kredit kartları istifadə olunmağa başlayıb.
13. “Bay Plastik Fantastik” olaraq tanınan Kaliforniyalı Walter Cavanaghın 13 000-dən çox kredit kartı var. Dünyanın ən böyük kredit kartı kolleksiyasına malik olan Cavanagh kartlarını 76 metr ölçüdə olan pul qabında mühafizə edir.
14. Dünyada pulun üzərində ən çox rəsmi çap olunan şəxs isə Kraliçə Elizabethdir. Kraliçənin portreti 30-dan çox ölkənin pul vahidinin üzərində çap olunur.
15. Müasir dövrdə sabun, quş tükü və s. pul əvəzinə istifadə olunmur. Amma bir nüansı vurğulamaq lazımdır ki, dijital dünyada olan pulun miqdarı tədavüldəki puldan daha çoxdur.




