“Nike” kompaniyasının adı “Air Max” krassovkalarında ərəbcə Allah adını xatırladan loqotipə görə qalmaqala qarışıb.


Facemark.az-ın məlumatına görə, “Footwear News” yazır ki, hadisəni müsəlmanlar aşkarlayıb. Dindarlar bunu şirkətin müsəlman auditoriyanı təhqir etmək cəhdi kimi qiymətləndirib.


Ötən həftə change.org saytı üzərindən “Nike” şirkətindən ərizə də yazılmışdı. Müəllif tələb edir ki, şirkət üzərində Allahın adı yazılan krassovkalarını geri çağırmalıdır. Onun sözlərinə görə, şirkət bilərəkdən Allahın adını şifrələyib: “Xüsusilə bu ad ayaqqabının altında təhqiredici bir şəkildə yazılıb”. Sənədi təxminən 8000-dən çox insan imzalayıb.



“Nike” bütün dinlərə hörmətlə yanaşır. Ona görə də, biz bu problemə ciddi yanaşdıq. “Air Max” loqosu yalnız markanın ticarət nişanı kimi hazırlanıb. Loqotipin dizaynı altında başqa bir məna ifadə etmək niyyətimiz olmayıb”, - deyə şirkətdən baş verən qalmaqalı şərh ediblər.


Qeyd etmək yerinə düşər ki, bu şirkətin adının dini qalmaqalda hallandığı ilk hadisə deyil. Belə ki, şirkət 1997-ci ildə 38 000 cüt krassovkalarını geri çağırmağa məcbur olmuşdu. Böyük Britaniyada olan krassovkaların loqotipində Allahın adını xatırladan işarələr tapılmışdı.