Britaniyanın populyar blogger və şou-biznes ulduzları ölkənin rəqabət və bazarın tənzimlənməsi üzrə idarəsindən hesabları üzərindən reklam materiallarının nişanlanması haqqında xəbərdarlıq alıblar. Belə ki, bloggerlər reklamverənlərdən post üçün ödəniş və hədiyyə aldığı haqqında məlumat verməyə məcbur edilib.
Facemark.az xəbər verir ki, qanuna görə, istifadəçiləri yanlış fikrə təhrik etdiklərinə görə, belə addım atanları cərimə və ya 2 ilə qədər həbs gözləyir.
Reklam materialları mütləq #ad və ya #sponsored həştəqi ilə işarələnməlidir. Əgər ulduz hədiyyələri ilə lovğalanırsa bu halda belə #freebie nişanından istifadə etməlidir.
Yeni qanuna görə, həştəq mütləq istifadəçiləri görə bildiyi yerdə qeyd olunmalı, digər yazılar içində itib batmamalıdır. Bundan başqa, influencerin işi şirkətin adını qeyd etməklə kifayətlənmir.
Onlar öz profillərində paylaşdıqları hər reklam postu ayrı-ayrılıqda işarələnməli, bütün pullu materiallar və kommersiya məhsulları qeyd olunmalıdır.
Belə bir qaydanın qəbul edilməsi istehlakçıları qorumaqdan ibarətdir. Belə ki, onlar öz pərəstişkarlarına inanırlar, amma istifadəçilər bilmir ki, məşhurlar məhsulun reklamı üçün böyük miqdarda pul alır və reklam olunan məhsulun keyfiyyəti və faydaları haqqında daha az düşünür.
“Influencerlər istifadəçilərə məhsulu almağa böyük təsir göstərə bilər. İnsanlar pərəstişkarı olduğu məşhurlardan məhsulun reklam olunduğunu bilmədən tövsiyə alırsa, daha sonra özünü aldanmış hiss edə bilər”, - deyə idarənin baş direktoru Andre Koşelli deyib.
Hətta belə bir xəbərdarlığı artıq 16 britaniyalı blogger alıb. Onların arasında müğənni Elli Qoldinq, Rita Ora, model Rozi Hantinqton-Uaytli, Aleksa Çanq, Zoi Saqq da var. Onlar qanunla problem yaşamamaq üçün öz postlarını redaktə etməyə başlayıblar.
Britaniyalı tənzimləyici dayanmaq niyyətində deyil. Belə ki, məmurlar popular şəxslərin sosial şəbəkə hesablarını montorinq etməyə davam edəcəklər.