DADIM kafesinin interyer və eksteryer dizaynı


Müştərilər


“Dadim” kompaniyası Azərbaycanın paytaxtı Bakı şəhərində İtaliya mətbəxinin hazır yeməklərinin hazırlanması və çatdırılması ilə məşğul olur. Biznesin sonrakı inkişafı kimi şirkət şəhərin tarixi mərkəzində brendin adı altında kafe açmağa qərar qəbul edib.


Facemark.az xəbər verir ki, yerli brendi haqqında Rusiyanın advertology.ru nəşri yazıb.




Tapşırıq


Agentliyin qarşısında kafenin interyer və eksteryer dizaynının hazırlanması tapşırığı qoyulmuşdu. Tapşırığa, əsasən kafe kiçik İtaliya restoranlarının ruhunu əks etdirməli idi.


Situasiya


Daha əvvəl bu şirkət üçün firma üslubu hazırlanmışdı.


Dadim kompaniyasının rəhbəri, Elçin Hüseynov


“Bizə PUNK YOU BRANDS-ın portfoliosuna baxmağı məsləhət gördülər. Agentlik öz qeyri-adi təklifləri ilə bizim xoşumuza gəldi, nəticədə biz onlar ilə əməkdaşlıq etməyə cəhd etdik. Qəribə olsa da, uzaqdan iş və 4 saatlıq zaman fərqi bizi qorxutmadı. Tapşırığın qəbul edilməsi vaxtı bəzi qorxularımız var idi. Biri bu idi ki, onlar biz arzuladığımız kimi işi tam reallaşdıra bilməyəcəklər. Biz heç bir halda adıçəkilən agentlik ilə əməkdaşlıqdan peşman deyilik. Müzakirələrimizə əsaslanan analtik nəticə və son məhsulda bunun tətbiqi bəyənilən idi. Punktuallıq və operativlik xoşumuza gəlmişdi. Yeni dizayn daha çox əhatəli və başadüşülən idi. Müştərilər tərəfindən bəyənilən və qəbul edilən üslub mövcuddur. Yeni dizayn zəhlətökən deyildi və hər gün qida sifariş verəcək şəxslərin gözlərinə ziyan verməyəcəkdi. Vahid firma üslubu bizim müştəri loyallığımızı və onların başa düşülməsini asanlaşdırdı. Bu onu göstərirdi ki, zərflərdən məhsullara qədər hər şeyə diqqət veririk. Yeni layihə müəssisənin əvvəlki firma üslubu ilə birləşməli idi. Amma haydlaynla təsvir edilmiş interyer yeni format üçün əlverişli deyildi”.




Qərar


Yeni xətti inkişaf etdirmək və adaptasiya edilməsinə qərar verilmişdi. Üç firma rəngindən 2-si seçilmişdi. Sarı və göy. Mehriban və sakit atmosfer yaratmaq üçün göy rəngin dəvətkarlığından istifadə olunub. Kafenin interyeri isə fast-kejual tərzində yaradılıb. Siz burada əlverişli qiymətə, yüksək keyfiyyətdə məhsul əldə edə bilərsiniz. Buna görə, kafenin stilinin seçilməsi zamanı iki məsələnin üstündə dayanılıb. Belə vizual təsvir kafeni daha dolğun və rahat əks etdirir. Kafenin interyer dizaynı zamanı təbii materiallardan istifadəyə önəm verilmişdir. Həmçinin interyer zamanı əlavə detallar “divan”, yastıqlar və şəkillərə əlavə edilib. Müxtəlif fakturalar mebellərdə də öz əksini tapıb. Ümumi üslub yaratmaq üçün canlı bitkilər də əlavə edilib. Kafe kiçik bir yerdə yerləşir, onun divarında güzgülər yerləşdirilib. Bu isə vizual sahəni daha da artırır”.



Lövhənin üzərində isə “Dadim”ın loqotipi yerləşdirilib. O, metal hərflər ilə, vitraj şüşə ilə doldurulub. Pəncərinin yuxarı hissəsində isə firma üslubunu əks etdirən patterndən stiker yerləşdirilib. Müştərilən istəyinə uyğun olaraq, kafenin giriş hissəninə dibçəkdə canlı bitkilər əlavə edilib.