“Apple” “Shot on iPhone” müsabiqəsinin qalibini açıqlayıb.

“Apple” kompaniyası istifadəçiləri “Shot on iPhone Challenge” müsabiqəsi üçün ən yaxşı fotolarını göndərməyə dəvət edib. Müsabiqə üçün “iPhone” istifadəçilərini ən yaxşı fotolarını göndərməyə dəvət edən “Apple” qalib gələn 10 fotonu elan edib.

“Shot on iPhone Challenge” müsabiqəsi çərçivəsində “iPhone” istifadəçiləri “iPhone” ilə çəkilən fotolarını #ShotOniPhone həştəqi ilə “Instagram” və ya “Twitter” üzərindən yayımlayaraq müsabiqəyə qatılmaq haqqı qazanıb.

Qalib gələn 10 foto Sinqapur, Almaniya, Belarus, İsrail, ABŞ kimi bir çox ölkələrin fotoqrafların imzasını daşıyır. Qeyd olunub ki, “Apple”in müəyyən şəhərlərdə yerləşən pərakəndə mağazalarında və onlayn reklam panellərində nümayiş ediləcək. “iPhone” ilə çəkilən ən yaxşı 10 foto aşağıdakılardır:



Alex Jiang (ABŞ), iPhone XS Max



Blake Marvin (ABŞ), iPhone XS Max



Darren Soh (Sinqapur), iPhone XS Max



Nikita Yarosh(Belarus), iPhone 7



Dina Alfasi (İsrail), iPhone X



Elizabeth Scarrott (ABŞ), iPhone 8 Plus



Andrew Griswold (ABŞ), iPhone XS



Bernard Antolin (ABŞ), iPhone XS Max



LieAdi Darmawan (ABŞ), iPhone XS




Robert Glaser (Almaniya), iPhone 7