“Nə demək; “Pepsi” olar mı?”


“Pepsi” amerikan futbolu “Super Bowl” üçün “Pepsi bundan daha çoxudur” sloqanı ilə reklam filmi hazırlayıb. Reklam filminin əsas aktyoru Hollywood ulduzu Steve Carelldir. Dünyaca məşhur rep ulduzları Cardi B və Lil Jon da markanın yeni kampaniyasında yer alır. Restoranda əyləşən müştəri ofisianta cola içmək istədiyini deyir. Ofisiant isə o qlobal sualı verir: “Pepsi olar mı?”. Steve Carell bu an ortaya çıxır və ofisiantın dediklərini qınayıcı bir tərzdə təkrar edir. Reklam filmi cola deyiləndə ilk ağla “Pepsi”nin gəlməsini vurğulayır.



Coca-Cola: Cola sadəcə bir coladır.


“Coca-Cola” bu il keçirilən “Super Bowl”da “cola sadəcə bir coladır” sloqanı ilə animasiya reklam filmi hazırlayıb. Reklam filmində colanın hər seqmentdən olan insana xitab etdiyi qeyd edilir. Bir-birindən fərqli bir çox insanın qucaqlaşdığı reklam filminin əsas mesajı isə belədir: “Hamımız fərqli qəlblərə və fərqli əllərə sahibik, zehimizdə fərqli baxış bucağı var. Görürsünüz? Fərqli olmaq gözəldir, birlikdə olmaq gözəldir”.



“Alexa” dünyanı ələ keçirdi


Fantaziyaya əsaslanan filmlərin əsas mövzularından biri də texnologiyanın dünyanı ələ keçirməsi və insanları dünyadan uzaqlaşdırmasıdır..... “Amazon”un “ağıllı” asisstantı Alexa üçün həyata keçirdiyi reklam filmi fəlakət ssenarisi təqdim edir. Ötən il “Super Bowl” üçün hazırlanan reklam filmində Alexa səsini itirir və gündəlik həyatı çıxılmaz xaosa salır. “2019 Super Bowl”da isə böyük sıxıntı ələ alınır və hakimiyyət sahəsini daha da genişləndirən “Alexa” dünyanı ayaqlar altına alır.


Reklam filminde Harrison Ford və Forest Whitaker kimi dünyaca məşhur aktyorlar yer alır.


Kinonun unudulmaz xarakterləri bir arada


“Super Bowl”un ən maraqlı reklamlarından biri də “Belçika”nın pivə markası “Stella Artois”ə aiddir. Kino tarixinin komediya filmlərindən biri olan Big Lebowski və Sex and The Citynin unudulmaz xarakterlərini The Dude və Carrie Bradshawı bir araya gətirən iş izləyənləri nostaljik yolculuğa çıxarır. Kinonun iki unudulmaz xarakterinin şəxsiləşdirdikləri içkilər var. Carrie hər zaman “Cosmopolitan”, The Dude isə “White Russian” içir. “Stella Artois”un reklam filmində Carrie ve The Dudenun içki seçimləri restoranda ciddi xaosa səbəb olur.



“Hər kəs oynayanda, hamımız qazanırıq”


Şübhəsiz ki, bu il “Super Bowl” üçün ən maraqlı və duyğulara xitab edən reklam filmi “Microsoft”un olub. “Xbox” üçün həyata keçirilən kommunikasiya kampaniyası çeşidli fiziki məhdudiyyətləri olduğu üçün oyun oynaya bilməyən uşaqların bundan məhrum qalmalarının yaratdığı nəticələri ələ alır. Şirkət bu işi ilə yeni oyun konsolu “Xbox Adaptive Controller”u təqdim edib. Bununla “Microsoft” cəlbedici, haqqında daha çox danışılan kommunikasiya kampaniyasına imza atıb.



“Big Mac” kimi, amma həqiqətən “Big”


İngiltərənin mətbuatında yayımlanan xəbərlərə görə, Avropa Birliyinin Fikir Mülkiyyəti Ofisi (EUIPO) AB qaydalarına görə, “McDonald’s”un “Big Mac” markasına qadağa qoyub. Qərar realizə olunduqdan sonra, “McDonald’s’”un əzəli rəqibi “Burger King” heç zaman itirmədi və son hadisələri fürsətə çevirdi. “Burger King” menyusundakı hamburgerləri tanıtmaq üçün “Big Mac” ifadəsini mizah şəklində istifadə edir. “Big Mac” kimi, amma həqiqətən “Big”. “Big Mac kimi, amma təbii ki alovda qril” kəliməsindən istifadə edərək “McDonald’s’”a bir daha meydan oxuyur.



Hər kəs “səhər insanı” ola bilərmi?


Ikea son kommunikasiya kampaniyasında yeni məhsullarını səhər insanları hədəf götürərək təqdim edib. Reklam filmində səhər tezdən oyanan, yuxusunu ala bilmədikləri üçün tələsən, yuxu dəlisi olan, gurultu çıxararaq evdəkiləri oyandıran, səhər yeməyi yeməyə vaxt etməyən, duş almağa vaxt tapmayan insanlar “Ikea”nın yeni yatağında yataraq sabah yenilənmiş şəkildə yuxudan oyanır. Ikea kommunikasiya kampaniyasında mesajını “olmadığınız “səhər insanı” olmağınıza kömək oluruq” deyərək verir. “Ogilvy”nin həyata keçirdiyi reklam filmləri 15 saniyəlik 4 bölümdən ibarətdir.



Həqiqi sevgilər maneələr tanımır


Moskvanın reklam agentliyi “Fuel Adwise Group” Rusiyanın avtomobil markası “Lada” üçün həyata keçirdiyi reklam filmi qısa metrajlı eşq filmini xatırladır.


Reklam filmində atasının qoluna girən gəlin yaşadığı fırtınalı eşqi film kimi zehnində canlandıraraq evlənəcəyi şəxsə doğru yavaş addımlarla irəliləyir. Markanın nümayəndələri reklam filmi ilə deyir ki, “artıq insanlar reklamların səmimiyyətinə inanmırlar, real hekayələr görmək istəyirlər”.



Gələcəyin dünyasına səyahət


Samsung, Galaxy “ağıllı telefonların 10-uncu ili üçün hazırladığı reklam kampaniyası ilə gələcəyin dünyasına sürətlə səyahət edir. 1950-ci illərdə çıxan və hələ də sevilən Doris Dayin Que Sera Sera mahnısını reklam filmində eşidirik. Reklam filmi “Samsung Galaxy”nin funksiyalarının nə qədər inkişaf etdiyini vurğulayır. Reklam filmində gələcəkdə qarşımıza çıxacaq texnolgiyalara da vurğu edilir.



Mənbə: Marketinq Türkiyə