İtaliyanın geyim və aksessuar istehsalçısı Denim Dieselin Amerikan bölməsi müflislik haqqında bəyanatı məhkəməyə təqdim edib. Kompaniyanın zərər etməsi, onların belə bir addım atmasına səbəb olub. Belə ki, şirkətin illik satışları aşağı enib, eyni zamanda son 3 ildə zərərin miqdarı artıb.
Facemark.az-ın məlumatına görə, bu barədə “Reuters” nəşri yazıb.
“Diesel USA” aktivlərinin dəyərini 100 milyon, borclarını isə 50 milyon dollar qiymətləndirib.
Nəşr yazır ki, bununla belə şirkət bu ölkədəki fəaliyyətini dayandırmağa hazırlaşmır. Amma 3 illik plana, əsasən kompaniya daha gəlirli mağazalara fokuslanmağı və təklif olunan mallar xəttini genişləndirməyi nəzərdə tutub.
Qeyd edək ki, “Diesel” markası 1987-ci ildə yaradılıb. “Diesel USA” bölməsi özündə 28 pərakəndə mağazanı və 380 əməkdaşı birləşdirib.