VTB-nin investisiya bölməsi “VTB Kapital” İsrail vətəndaşı, biznesmen Roman Abramoviçin “Birinci kanal”dakı səhmini alıb. Söhbət milyarderin kanaldakı 20%-lik səhmindən gedir.


Facemark.az-ın məlumatına görə, bu barədə RBK nəşri iki mənbəyə istinadən yazır. VTB və “Birinci kanal” nəşrə mövcud razılaşma ilə bağlı məlumatı təsdiq ediblər, amma müqavilənin qiymətini gizli saxlayıblar.


VTB Yuri Soloviyevə istinadən yazır ki, prezidentin birinci müavini, bankın, VTB qrupun idarə sədri davamlı olaraq mediaseqmenti öyrənir. “Cəlbedici aktivlərə baxırıq. Bu yüksək gəlirli investisiyalar, şirkətin inkişaf planlarını reallaşdırmağa və səhmdar dəyərin əhəmiyyətli artımına nail olacaq. “Birinci kanal” bazarda böyük əhəmiyyətə malikdir. Rəqəmsallığa transformasiya telekanallar qarşısında böyük imkanlar açır. Biz menecmentin digital-məzmunun inkişaf etdirilməsi ilə bağlı gələcək səylərinə inanırıq”, - deyə Soloviyev deyib.


Qeyd etmək yerinə düşər ki, Roman Abramoviç hələ 2000-ci illərin əvvəlində “Birinci kanal”da şərik olub. Həmin vaxt milyarder kanalın 49% səhmini Boris Berezovskiydən 150 milyon dolllara almışdı. 2010-ci ildən başlayaraq isə milyarder kanaldakı payını satmağa başlayıb. Belə ki, kanalın 25%-lik səhmini hələ vaxt “Milli Media Qrup”una 145 milyon dollar qarşılığında satıb. Geridə qalan 4%-lik səhmi isə o hələ keçən yayda adıçəkilən media qrupuna satmışdı.Onun nəzarət paketini satmasına səbəb Rusiyanın “Kütləvi informasiyalar haqqında” qanunvericiliyinin 19.1-ci maddəsinin tələbi olub.



“Belə ki, 2018-ci ilin may ayında Roman Abramoviç İsrail vətəndaşlığı aldığı üçün, yeni qanunvericiliyə görə, o kompaniyada 20%-dən çox səhmə malik ola bilməzidi”, - deyə KİV-lər yazmışdı. “SPARK”ın məlumatlarına görə, 2017-ci ilin sonunda “Birinci kanal”ın gəlirləri 31 milyard rubl, zərəri isə 1,56 milyard rubl qiymətləndirilib.


“Birinci kanal” VTB və “Milli Media Qrup”unun partnyoru olduğu ikinci media layihə olacaq. Onun tərkibinin 75%-nə “CTC Media” (əyləncə kanallarını idarə edir- CTC, Domaşniy, Çe, CCT Love, CTC Kid) daxildir. Media holdinqin 25%-lik səhmi Kipr şirkəti “Telcrest”ə daxildir. Onların aksionerləri, həmçinin “Milli Media Qrup”, VTB və “Severstal”ın sahibi Aleksey Mordaşovdur.