Taylandlı milyonçu onun kiçik qızı ilə evlənəcək şəxsə mükafat təyin edib.
Facemark.az-ın xəbərinə görə, bu barədə “Khaosod English” nəşri yazıb.
Taylandın ən böyük durian plantasiyasının rəhbəri Arnon Rodtxonq (Arnon Rodtong) deyib ki, öz biznesini kiçik qızı Karnsitaya (Karnsita Rodthong) vermək niyyətindədir. Amma bunu etməmişdən öncə, onu ərə vermək istəyir. O, potensial adaxlı barəsində sosial şəbəkə üzərindən elan verib.
Biznesmenin namizəd ilə bağlı tələbləri də var: “O, Karsitanın əllərini və ürəyini ələ almalıdır. Çalışqan olmalı, pul ilə oynamamalı, narkotik vasitələrdən uzaq olmalı, eyni zamanda durian yetişdirilməsindən başı çıxmalıdır”. Rodtxnonq gələcək adaxlı üçün 10 milyon bat (21 milyon rubl – 555 000 manat) pul mükafat edib.
Bundan başqa, cütlük dəyəri milyon dollarla ilə ölçülən, durian biznesinin varisi olacaq. “The Straits Times” yazır ki, təkcə bir gün ərzində milyonçuya 100-ə yaxın namizəd müraciət edib. Qalib aprelin 1-də təşkil ediləcək, yarışda müəyyən ediləcək. Potensial namizədlərin rəqibləri kimlər olacaq bu dəqiq məlum deyil.
Öz növbəsində, Karsita isə deyib ki, atasının bu fikrinə etiraz etmir. “Mən vasvası deyiləm. Mən əyləncə gecələrinə gedə və selfi edə biləcəyim yoldaş istəyirəm”.

